Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Güney Azərbaycan xəbərləri
Güney Azərbaycan xəbərləri |
Tanımmış Milli Fəal Behnam Şeyxi Məhkəməyə çağrılmışdır
Tanımmış Milli Fəal Behnam Şeyxi Məhkəməyə çağrılmışdır. Güney Azərbaycanın tanımmış milli fəalı Behnam Şeyxi Tehran təhlükəsizlik məmurları tərəfindən 1388.3.19 tarixində hakimiyyətin eleyhinə çalışmaq və qanunsuz qruplarda iştirak etmə ittihamlarla , keçən hefte Tehran şəhərinin inqilab məhkəmasının 26 şöbəsinə çağrıldı ancaq müdafiə vekili Əbulfatih Sultani həpsdə olduğuna görə bu məhkəmə cələsəsi 9 Azər 1390 tarixinə gecikdirildi, Behnam Şeyxinin bundan sonraki məhkəma iclasları yeni mudafiə vəkili xanım Şeşgilanin iştirakiyla keçiriləcəkdir. İran parlamentinin millət vəkilindən sayaqlama: “Azərbaycan torpaqları İrana aiddir” İran parlamentinin Urmudan olan millət vəkili Nadir Qazipur Azərbaycan Respublikasına (Cümhuriyyəti) ərazi iddiasında bulunub.Qazipur “Fars” xəbər agentliyinə açıqlamasında iddia edib ki, “Tarixi müqavilələr nəzərdən keçirilərsə, Azərbaycan torpaqlarının İrana birləşdirilməsi zərurəti yaranacaq”. O əlavə edib ki, Azərbaycanda hələ də anti-İran siyasəti aparılır: “Əgər Azərbaycan sionistlərin yanında yer alaraq İran millətinə qarşı qəsdin iştirakçısı olarsa, onda Azərbaycan əsilli millət vəkilləri Türkmənçay müqaviləsinə yenidən baxılmasını nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edəcəklər. Azərbaycan Cümhuriyyəti bir neçə ildir müstəqilliyini qazanıb. Sənədlərə baxdıqda bu torpaqların İrana aid olduğu ortaya çıxır. İndiyə qədər Azərbaycanın müsəlman xalqının xətrinə susmuşuq.”Qeyd edək ki, İran rejimi Azərbaycan Cümhuriyyəti əleyhinə müəyyən şəxsləri danışdırmaq, onların vasitəsi ilə ölkənin məkrli mövqeyini ortalığa qoymağa alışqandır. Rejim bu şəkildə siyasi müdaxilədən daha çox ideologiya cəbhədə savaşır və bununlada Güney və Quzey Azərbaycan arasında ziddiyyətin əsasını qoymağa çalışır. Yalnız Azərbaycan xalqı fars şövinizmini tanıdıqca onların bu siyasəti öz təsirini itirir. İRANIN SƏRHƏD POLİSİNİN KOMANDANI: “AZƏRBAYCAN RESPUBLİKASININ RƏSMİLƏRİ ÖZ ƏMƏLLƏRİNƏ GÖRƏ CAVABDEH OLMALIDIR” Dekabrın 18-də sərhəd xidməti komandirlərinin toplantısında çıxış edən İranın sərhəd polisinin komandanı general-mayor Hüseyn Zülfüqari iki ay əvvəl öldürülən əsgərdən danışıb. Zülfüqari deyib ki, insidentə Azərbaycan Respublikasının bir qrup sərhədçisinin İran İslam Respublikası ərazisinə daxil olması səbəb olub: “Bunun açıq-aşkar qanun pozuntusu olduğunu hər iki ölkənin ekspertləri təsdiqləyib. Azərbaycan Respublikasının rəsmiləri üzrxahlıq əvəzinə belə bir əsassız iddia ortaya atıblar ki, guya bu hadisə Azərbaycan Respublikasının ərazisində baş verib. Halbuki hər iki ölkənin mütəxəssisləri bu olayın İran ərazisində baş verdiyini təsdiqləyib. Azərbaycan Respublikasının sərhədçiləri iranlı əsgəri 14 güllə ilə öldürüblər. Bu isə sərhəd qanunlarına zidd addımdır. Biz hadisə ilə bağlı Azərbaycan Respublikasının hüquq mühafizə və məhkəmə rəsmilərinin cavabını gözləyirik. Azərbaycan Respublikasının rəsmiləri qanuna əsasən öz əməllərinə görə cavabdeh olmalıdır”. Azərbaycan tərəfinin yaydığı məlumata görə, oktyabrın 19-u saat 14 radələrində Biləsuvar rayonunda Azərbaycan-İran sərhədinin pozulması müşahidə edilib. Əraziyə əlavə sərhəd naryadı çıxarılıb və axtarış təşkil olunub. Dövlət sərhədindən 1200 metr məsafədə Azərbaycan ərazisinə irəliləyən hərbi geyimli sərhəd pozucusu aşkarlanıb, sərhəd naryadına hücum etdikdə ona qarşı silah tətbiq olunub. O, aldığı güllə yarasından xəstəxanada ölüb. Oktyabrın 20-də Azərbaycanın İran İslam Respublikasındakı səfiri Cavanşir Axundov İranın Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə Azərbaycan-İran sərhədindəki silahlı insidentlə bağlı rəsmi etiraz notası təqdim olunub. Etiraz notasında Azərbaycanın sərhəd qüvvələrinin beynəlxalq qaydalara, iki ölkə arasındakı qarşılıqlı razılaşmalara və dinc yanaşı yaşamaq üsuluna zidd davrandığı bildirilib və Azərbaycan Respublikası hökumətindən iranlı əsgərin öldürülməsində təqsirli bilinənlərin cəzalandırılması istənilib. “TATNEFT” İRANLI NAZİRİN AÇIQLAMASINI TƏKZİB ETDİ Rusiyanın Tatarıstan Respublikasının “Tatneft” şirkəti dekabrın 19-da bəyanat yayıb. Bəyanatda İranın neft naziri Qasım Süleymaninin açıqlaması təkzib olunur, bu şirkətin İranla müqavilə bağlamadığı deyilir. “Tatneft”in bəyanatı Tatarıstan prezidenti Rüstəm Minnixanovun İrana səfərindən və bu ölkə rəsmiləri ilə görüşündən bir gün sonraya təsadüf edib. Bəyanatda deyilir ki, “Tatneft” şirkəti İranla əməkdaşlıq üçün hər hansı müqavilə bağlamayıb, İranın neft və qaz yataqlarını genişləndirmək üçün hər hansı öhdəlik üzərinə götürməyib. İranın neft naziri Qasım Süleymani dekabrın 18-də jurnalistlərə açıqlamasında İranın Buşehr əyalətinin yaxınlığındakı “Zağə” neft yatağının genişləndirilməsi üçün Tatarıstanın “Tatneft” şirkəti ilə birgə əməkdaşlığa dair müqavilə imzalandığını bildirmişdi. MƏHƏMMƏD XATƏMİ: “SEÇKİYƏ QATILMAĞIN HEÇ BİR MƏNASI YOXDUR” İranın keçmiş prezidenti Məhəmməd Xatəmi islahatçıların qarşıdan gələn parlament seçkisinə qatılmasını məqsədəuyğun saymadığını bəyan edib.İranda növbəti parlament seçkisi 2012-ci ilin martında keçiriləcək.ekabrın 19-da jurnalistlərə açıqlama verən Məhəmməd Xatəmi deyib ki, islahatçıların qoyduğu üç şərtin (siyasi məhbusların azadlığa buraxılması, hamının konstitusiyaya riayət etməsi, azad seçkisinin keçirilməsi üçün şərait yaradılması) heç birisi yerinə yetirilməyib: “Mən seçkiyə qatılmaq barədə sözümü bundan əvvəl demişəm. Biz gözləyirdik ki, islahatçıların növbəti seçkiyə qatılmasına şərait yaradılsın. Lakin göründüyü kimi buna şərait yaradılmayıb. Mən heç kəsin əvəzindən fikir irəli sürmürəm. Lakin güman edirəm ki, hazırdakı şərait və bütün göstəricilər bunu deməyə əsas verir ki, seçkiyə qatılmağın heç bir mənası yoxdur. İndiki şərait və vəziyyətdə islahatçılar bu seçkiyə qatıla bilmirlər. Hesab edirəm ki, qatılmamalıdırlar da”. Rusiyadan İrana gözlənilməz zərbə Rusiyadan İrana gözlənilməz zərbə: Moskvadan Tehrana aparılan radioaktiv maddələr tutuldu Rusiyanın gömrük rəsmiləri Moskvada yerləşən hava limanlarından birində İrana aparılması planlaşdırılan radioaktiv materiallların ələ keçirildiyini açıqlayıb. “Reuters” xəbər agentliyi isə Rusiya Federal Gömrük İdarəsinin əməkdaşlarının Moskvanın Şeremetyevo hava limanında İranın paytaxtı Tehrana uçmaq istəyən bir sərnişinin yükündən radioaktiv maddələr aşkarlanaraq götürdüyünü vurğulayıb. “İnterfaks” agentliyi yoxlamadan sonra aşkarlanan maddənin “radioaktiv natrium” olduğunu bildirib. Aşkarlanan maddənin yalnız nüvə reaktorunun əldə olunmasında istifadə edilən “Natrium-22” maddəsinin pozitron parçalar yaydığı və olduqca uzun müddət saxlana bildiyi deyilir. Rusiyalı rəsmilər hadisə ilə bağlı istintaq başlandığını və radioaktiv maddələrin prokurorluğa göndərildiyini açıqlayıblar. Tehran rejimiylə yaxın əlaqələrə malik olan Rusiya Buşehr şəhərində İranın ilk nüvə stansiyasını inşa edib. Qərb ölkələrinin narahatlıqlarına baxmayaraq Moskva bu günə qədər İranın nüvə silahı əldə etməyə çalışdığı haqda iddiaları dəstəkləmirdi. Ekspertlərin fikrincə, Rusiyanın bu addımı Moskvanın İrana görə Qərblə gərginlik istməməsindən qaynaqlanır. Bu arada Cənubi Koreya hökuməti apardığı nüvə fəaliyyətinə görə İrana yeni sanksiyalar tətbiq edib. Ötən gün Cənubi Koreyanın maliyyə naziri bəyanat yayaraq İranın neft və qaz sektoruna hər hansı kapital qoyuluşunun qadağan edildiyini, İranın nüvə proqramı ilə əməkdaşlıq edən və ona yardım göstərən 99 qrupa və 6 şəxsə sanksiya qoyulduğunu bildirib. Cənubi Koreyanın maliyyə naziri deyib ki, ölkəsi İrandan aldığı neftin pulunu milli valyuta ilə ödəmək üçün İranın Mərkəzi Bankının Cənubi Koreya banklarındakı bank hesablarını hələlik açıq saxlayacaq. İranla Rusiya arasında neft müqaviləsi imzalanıb İran Milli Neft Şirkəti və Rusiyanın “Tatneft” şirkəti arasında 700 milyon dollarlıq neft müqaviləsi imzalanıb. Müqavilə İranın cənub-qərbində "Zaqe" neft yatağının işlənməsini nəzərdə tutur. Yataqdan birinci mərhələdə sutkada (24 saatda) 7 min barel (boşka) neft hasil ediləcək. Növbəti mərhələlərdə isə hasilatın 55 min barelədək artırılması nəzərdə tutulur. İranda dolların qiyməti anbaan dəyişir İran paytaxtı Tehranın döviz bazarında dolların qiyməti anbaan dəyişir Bu gün müxtəlif qiymətlərdə alım-satım olub. Mərkəzi bank dolların qiymətini 1100 tümən elan etdikdən sonra Tehran bazarında dolların qiyməti dəyişməyə başlayıb.Bu gün anbaan dəyişən bazarda 1 Amerika dolları 1408, 1440 və 1425 tümənə alınıb və satılıb.Döviz dəyişmə mərkəzlərinin bir çoxu isə qiymət tablolarını yığışdırıb və Dollar, funt (pund) və avronun qiyyməti barədə heç bir məlumat vermirlər. Buna səbəb xarici dövizlərin qiymətinin anbaan dəyişməsidir. Türkiyədə Güney Azərbaycana dəstək yürüşü keçirilib Türkiyənin Eskişehir şəhərində yaşayan azərbaycanlılar yürüş keçiriblər. Onblar, İranın antitürk və antiazərbaycan siyasətini “21 Azər” hərəkatının növbəti ildönümü ərəfəsində şiddətlə qınayıblar. Yürüşdə Eskişehir azərbaycanlılar Dərnəyinin üzvləri, Güneyli siyasi fəallar və bir qrup Quzey azərbaycanlı öyrənci iştirak ediblər. Yürüşə 50-yə yaxın soydaşımız qatılıb.Eskişehrin Yeddilər parkından başlanan yürüş şəhərin mərkəzinə qədər davam edib. Məqsəd 35 milyondan çox azərbaycanlının məruz qaldığı hüquq pozuntularına, fəalların həbsinə, ədalətsiz məhkəmə qərarlarına etiraz olub. Aksiyada siyasi məhbusların fotoları nümayiş etdirilib, onların dərhal azadlığa buraxılması tələb edilib.Yürüş “Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun!”, “Ankara-Bakı-Təbriz, birlikdə güclüyük biz!” şüarları altında keçirilib.Yürüşün sonunda Güneyli siyasi fəal Cavad Abbasi tərəfindən qətnamə oxunub. İRANIN BAŞ PROKURORU BANK OĞURLUĞU İLƏ BAĞLI 4 DEPUTATIN DİNDİRİLDİYİNİ DEYİB İranın baş prokuroru Qulamhüseyn Möhsüni Ejei bank oğurluğu ilə bağlı 4 deputatın prokurorluğa çağırılaraq dindirildiyini bildirib. Möhsüni Ejei oktyabrın 27-də jurnalistlərə açıqlamasında bank oğurluğu ilə bağlı ifadə vermək üçün prokurorluğa çağırılanların 67 nəfərə çatdığını, 33 nəfərin isə tutulduğunu bəyan etmişdi. Baş prokuror dekabrın 19-da jurnalistlərə açıqlamasında bank oğurluğunda İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyası sədri Əlaəddin Bürucerdinin adının hallandığını təsdiqləyib: “Prokurorluğa çağırılıb dindirilən deputatlar arasında Əlaəddin Bürucerdi də var. Lakin yayılan şayiələrə baxmayaraq bank oğurluğu ilə bağlı Əlaəddin Bürucerdinin oğlu həbs edilməyib. İş üzrə bir xanım da məsuliyyətə cəlb edilib. Bəlli olub ki, bank oğurluğunda günahlandırılanlardan biri həmin xanıma dəyəri 10 milyon dollardan çox olan müxtəlif qızıl əşyaları, o sıradan da dəyəri 6 milyon dollar olan bir brilyant alıb bağışlayıb”. 2007-ci ildən başlayaraq ardıcıl şəkildə davam etmiş oğurluq nəticəsində ölkənin hökumət bankları sayılan “Saderat” bankından, İran Milli Bankından və daha bir neçə bankdan 3 milyard dollar mənimsənib. Sentyabrın 27-də İran Milli Bankının icraçı direktoru Mahmudrza Xavəri istefaya gedib. Bu istefa bank oğurluğunun üstü açılandan az sonra baş verib. Mahmudrza Xavərinin hazırda Kanadada olduğu bildirilir. Dekabrın 11-də İran parlamentinin deputatı Cavad Kərimi Qoddusi jurnalistlərə açıqlamasında Əlaəddin Bürucerdinin bank oğurluğunda rolu olduğunu, onun barəsində ittihamnamə qəbul edildiyini və həbs qətimkan tədbiri seçildiyini bildirib: “Təəssüflər olsun ki, bank oğurluğu ilə bağlı işə baxan hakimin Əlaəddin Bürucerdinin həbsi ilə bağlı qərarı olsa da o, hələ də tutulmayıb”. Dekabrın 12-də isə jurnalistlərə açıqlamasında Əlaəddin Bürucerdi həmkarı Cavad Kərimi Qoddusinin dediklərini rədd edib: “Bu ittihamlar ictimai rəyi çaşdırmaqdan, ona təsir göstərməkdən başqa bir şey deyil. Yalan danışmaq deputata yaraşmaz. Mən bu şəxsdən şikayət edəcəm. Mənim oğlanlarımın ikisi də tələbədir və heç biri iqtisadi fəaliyyətlə məşğul olmayıb”. Geri dön |