Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Prezident İlham Əliyev Uelsdə NATO-nun sammitində çıxış edib
Prezident İlham Əliyev Uelsdə NATO-nun sammitində çıxış edib |
Sentyabrın 4-də Uelsin Nyuport şəhərində NATO-nun sammiti işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sammitin açılışında iştirak edir. AzərTAc məlumat verir ki, tədbirdə Alyansa üzv olan və İSAF proqramında iştirak edən tərəfdaş ölkələrdən, BMT və digər beynəlxalq təşkilatlardan nümayəndələr iştirak edirlər. Həmçinin BMT-nin və Avropa İttifaqının ali nümayəndələri də sammitə qatılıblar. NATO-nun baş katibi Anders Foq Rasmussen və Böyük Britaniyanın Baş naziri Devid Kemeron Prezident İlham Əliyevi və digər dövlət və hökumət başçılarını salamladılar. Sonra dövlət və hökumət başçıları birgə foto çəkdirdilər. Sammitin gündəliyinə Ukrayna hadisələri, Əfqanıstanın gələcəyi, yeni təhdidlərə qarşı mübarizə, silahlı qüvvələrə dəstəyin artırılması, əməkdaşlığın möhkəmləndirilməsi, İraq və Suriya böhranı ilə bağlı məsələlər daxildir. Sammitin Əfqanıstan üzrə görüşündə çıxış edən NATO-nun baş katibi Anders Foq Rasmussen dövlət və hökumət başçılarını salamladı. Bildirildi ki, bu görüş təhlükələrin yaşandığı dünyada sabitliyə nail olmaq istiqamətində önəmli tədbirdir. NATO-nun öz əməliyyatlarının mühüm hissəsini Əfqanıstanda həyata keçirdiyini deyən A.F.Rasmussen İSAF qüvvələrinin hələ də bu ölkədə xidmət keçdiyini diqqətə çatdırdı. NATO-nun məhz onların xidmətləri sayəsində bu gün dünyada ən güclü Alyansa çevrildiyini vurğulayan baş katib Əfqanıstanda sabitliyin qorunmasının ilin sonunadək yerli təhlükəsizlik qüvvələrinə təhvil veriləcəyini bildirdi, Əfqanıstana dəstəyin bundan sonra da davam etdiriləcəyini söylədi. Baş katib gündəlikdə nəzərdə tutulan məsələlərlə bağlı müzakirələrin məhsuldar keçəcəyinə əminliyini ifadə etdi. Sonra Əfqanıstanda həlak olan hərbçilərin xatirəsi ehtiramla yad olundu. Böyük Britaniyanın Baş naziri Devid Kemeron da sammitin Uelsdə keçirilməsindən məmnun olduğunu dedi. "NATO bizim gələcəyimiz üçün çox vacib alyansdır", - deyən Devid Kemeron İSAF proqramında iştirak etməklə Əfqanıstanda təhlükəsizliyə töhfə verən ölkələrə təşəkkür etdi. Bildirdi ki, NATO Əfqanıstandakı missiyasını uğurla başa vurur və bu ölkədə ordunun yaradılması ilə bağlı əldə olunan nəticələrdən qürur hissi keçirir. Azərbaycan Prezidenti İlham Əliyev sammitdə çıxış edib. Sammit öz işini sentyabrın 5-də davam etdirəcək. Burada Avstraliya, Gürcüstan, İordaniya, Finlandiya və İsveç ilə əməkdaşlığın növbəti mərhələsi barədə müzakirələr nəzərdə tutulub. Xatırladaq ki, bundan əvvəlki sammit 2012-ci ilə Çikaqoda keçirilib. Geri dön |