Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rəsmi Bakı "Siyasi partiyalar haqqında" qanunla bağlı Venesiya Komissiyası ilə razılaşmadığı məqamları açıqlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Rəsmi Bakı "Siyasi partiyalar haqqında" qanunla bağlı Venesiya Komissiyası ilə razılaşmadığı məqamları açıqlayıb

Rəsmi Bakı "Siyasi partiyalar haqqında" qanunla bağlı Venesiya Komissiyası ilə razılaşmadığı məqamları açıqlayıb


Rəsmi Bakı "Siyasi partiyalar haqqında" qanuna əlavə və dəyişikliklərlə bağlı Venesiya Komissiyası ilə razılaşmadığı məqamları açıqlayıb.

"Biz Venesiyya Komissiyası ilə apardığımız iki müzakirədə - istər ötən ay, istərsə də sonuncu müzakirələrdə Azərbaycan dövlətinin siyasi partiyalarla bağlı hazırladığı qanunun ümumi məntiqini ortaya qoyduq. Məntiq də ondan ibarətdir ki, biz 1992-ci ildə qəbul olunmuş və Azərbaycanın Konstitusiya normalarına, sonrakı siyasi inkişafın tələblərinə cavab verməyən qanun yeni, daha bir dinamik vəziyyətə salınmalı, indiki tələblərə uyğunlaşdırılmalıdır", - bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Həsənov bildirib ki, eyni zamanda, bu qanuna əlavə və dəyişikliklərin edilməsi ondan irəli gəlirdi ki, Azərbaycan hökuməti siyasi partiyaları dövlət büdcəsindən maliyyələşdirmək iradəsini ortaya qoyub.

"Azərbaycan hökuməti digər inkişaf etmiş ölkələrdə olduğu kimi, siyasi partiyaları kənar təsirlərdən, o cümlədən kənar maliyyə təsirlərindən azad etmək istəyini nümayiş etdirir. Belə olan halda, əlbəttə, siyasi partiyaların xarici ölkələr tərəfindən maliyyələşdirilməsi və yaxud xarici vətəndaşların siyasi partiya üzvü olması anlamı bizim hazırkı vəzifələrimizə uyğun gəlmir. Ona görə də biz bəri başdan bəyan etdik ki, Venesiya Komissiyasının Avropa İttifaqı ölkələri üçün məqbul saydığı normalar Avropa Şurasının digər üzvləri üçün məqbul hesab olunmur və indiyə qədər bu ölkələrin heç birində belə bir qanun olmayıb ki, xarici vətəndaşlar ölkədə siyasi partiya yarada, onu maliyyələşdirə və hakimiyyət uğrunda mübarizə apara bilərlər", - Həsənov əlavə edib.

PA rəsmisinin sözlərinə görə, Azərbaycan əvvəlcədən bəyan edib ki, bu norma Azərbaycan üçün məqbul deyil və hansı rəy verilməsindən asılı olmayaraq, Azərbaycan Parlamenti belə bir qanunu qəbul edə bilməz.

Həsənov bildirib ki, digər müzakirə olunan məsələ siyasi partiyaların Konstitusiya quruluşuna qarşı çıxmasıdır.

"Bu da Venesiya Komissiyası ilə bizim aramızda ciddi müzakirə mövzusu oldu. Bizim təqdim etdiyimiz müddəada göstərilir ki, siyasi partiya Konstitusiya quruluşuna qarşı zorakı yollarla mübarizə apararsa, onun bağlanması məsələsi qoyulur və bu partiya bağlanılır, bir siyasi institut kimi ləğv olunur. Venesiya Komissiyası bu məsələdə müəyyən qədər tərəddüd edir, Konstitusiya quruluşuna qarşı mübarizənin digər formaları haqqında mülahizələr irəli sürülür. Əlbəttə, orada açıq şəkildə yazılıb ki, söhbət siyasi partiyaların zorakı formada fəaliyyətindən gedir", - Həsənov deyib.

PA-nın şöbə müdirinin bildirdiyinə görə, digər bir mübahisə predmeti ondan ibarət oldu ki, Azərbaycan hesab edir ki, siyasi partiyalar getdikcə birləşməlidir, bunlar arasında bir müəyyən konsolidasiya getməlidir və əgər dövlət büdcəsindən maliyyələşmə gedirsə, partiyaların sayı kifayət qədər dövlətin siyasi həyatına adekvat olmalıdır.

"Belə olan halda biz siyasi partiyaların yaradılması meyarlarında dayanan əvvəlki min adam həddini, ölçüsünü 5 minə qaldırmağı təklif etmişik. Əgər bir siyasi partiya doğrudan da partiya olmaq istəyirsə, seçkilərdə iştrak etmək istəyirsə, dövlət maliyyələşməsinə düşmək istəyirsə, onun üzvlərinin sayı 5 mindən az olmamalıdır. Əlbəttə, Venesiya Komisiyası hesab edir ki, bu, çətinlik yarada bilər, ancaq biz hesab edirik ki, bu, heç bir çətinlik yaratmayacaq. İndiyə qədər mən eşitməmişəm ki, hansısa partiya bəyan edə ki, onun üzvlərinin sayı 5 mindən azdır. Hər partiya hesab edir ki, onun üzvlərinin sayı 5 mindən qat-qat çoxdur və ona görə də bu məsələ Azərbaycan üçün heç bir problem yaratmayacaq", - Həsənov deyib.

Həsənov bildirib ki, digər bir məsələ partiyaların fəaliyyətinin dayandırılması proseduru ilə bağlıdır.

"Burada söhbət ondan gedir ki, siyasi partiyanın fəaliyyətini kim və hansı halda dayandıra bilər. Qanuna əlavə və dəyişikliklərdə bu məsələlərə dəqiq ölçülər qoymuşuq: hansı halda qeydiyyat orqanı, yəni Ədliyyə Nazirliyi siyasi partiyanın bağlanması təşəbbüsü ilə çıxış edə bilər. Çünki partiyaları qeydiyyata alan orqan Ədliyyə Nazirliyidir. Ancaq partiyaların bağlanması haqqında qərarı istənilən halda məhkəmə verir. Məhkəmə müstəqil bir qurumdur. Ona görə də məhkəmənin müstəqilliyinə heç kimin şübhəsi ola bilməz. Bu məsələdə də düşünürəm ki, Venesiya Komissiyasının irəli sürdüyü irad və yaxud tövsiyə müəyyən qədər bizim tərəfimizdən anlaşılmazdır", - PA-nın şöbə müdiri müsahibəsində deyib.

Onun sözlərinə görə, digər müzakirə olunan məsələ isə həmkarlar təşkilatlarının siyasi partiyalara münasibəti, siyasi proseslərdə iştirakı məsələsi idi.

"Biz bu məsələdə də ümumi razılaşdırılmış vəziyyətə gəldik ki, həmkarlar ümimiyyətlə siyasətdə iştirak etmir, amma hər bir həmkarlar özü ayrıca olaraq siyasi partiyanın üzvü ola bilər, siyasi partiyaya maliyyə yardımı göstərə, siyasi partiyanın təşkilində iştrak edə bilər. Amma ümumən həmkarlar təşkilatları tərəfsiz təşkilatlardır və siyasətdə iştrak etmir", - Həsənov bildirib.

Geri dön