Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan prezidenti Vergi Məcəlləsində dəyişikliklər edilməsinə dair qanunun tətbiqi barədə fərman imzalayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Azərbaycan prezidenti Vergi Məcəlləsində dəyişikliklər edilməsinə dair qanunun tətbiqi barədə fərman imzalayıb

Azərbaycan prezidenti Vergi Məcəlləsində dəyişikliklər edilməsinə dair qanunun tətbiqi barədə fərman imzalayıb


Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb.
Nazirlər Kabinetinə tapşırılıb ki, üç ay müddətində qanunların və Azərbaycan Prezidentinin aktlarının, habelə Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə prezidentə məlumat versin, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və onun icrası barədə beş ay müddətində prezidentə məlumat versin, qanundan irəli gələn digər məsələləri həll etsin.
Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılmasını təmin etmək və bu barədə Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Geri dön