Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Aşıq Alının yaratdığı “dodaqdəyməz” şeir növü.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət, DAVAMın yazıları > Aşıq Alının yaratdığı “dodaqdəyməz” şeir növü.

Aşıq Alının yaratdığı “dodaqdəyməz” şeir növü.


Göyçə mahalında XVII əsr Ağ Aşıq Allahverdi ilə məlum olan aşıq məktəbi XIX əsrdə ustadın şagirdi Aşıq Alının yaradıcılığı ilə bədii zirvəyə qalxdı. Güney, qüzey Azərbaycan və Osmanlı Türkiyəsi ərazilərində Şeyx Alı, Təcnis Alı kimi yüksək bilici titulu ilə adı çəkilən Aşıq Alı dünya bədii təfəkkür sahəsində yeni bir şeir növü(janr) yaratdı və bu şeir növü aşıq meydanında dərin fəlsəfi məzmunu, forması ilə idrakın xüsusi bir mərhələsinə qalxdı. Dodaqdəyməz şeirlərdə dil qramatikası ikinci, məntiqi yanaşma və intonasiya birinci yerdə dayanır: qafiyələri təşkil edən sözlərin hərfləri eyni olsa da, deyilişdə başqa mənalar bildirir. Burada “cığa”landırmaq-sözü fırlatmaqla məna çalarlarına yönləndirmək, təcnis forma vermək kimi dərin zəka, təfəkkür tələb olunur. İşlənən formaca bir mənaca ayrı olan sözlər nə qramatir element, nə də morfem kimi ayrılıqda işlədilə bilməz anlayışlardır.
Aşıq Alının mövzu ilə bağlı bir cığalı təcnisinə diqqət edək:

YARA YAR

Qəddah qəhr eyləsə, dərdi sər artar,
Sədasından həsrət qalar yara yar. -yarın yardan ayrı düşməsi...

Aşiq sənsən yara yar, -sən aşiqin yarısan...
Dərd səddini yar, a yar. -yarmaq, dağıtmaq...
Tənha qalan haraylar,
Dada yetiş, yar, a yar. -yara müraciət...

Hədyan ərz eyləsə nadan lisanı, -nadan dedi-qodusunu yayanlara inanmayan
Sadiq qalar sənə aqil yar ayar. yar səni başa düşər, anlayar-ayar...

Dərdikeş qayəsi dərdə sarıdı, -dərd çəkənin yönü dərdə tərəfdi-sarıdı...
Əyirdi dərdləri dərdə sarıdı. -dərdin üstünə dərd gətirdi-sarıdı...

Aşiq dərdə sarıdı, -aşiq dərdə meillidi-sarıdı...
Dərd əsiri sarıdı. -dərd çəkənin rəngi sarıdı...
Qəsrin şahə layiqdi,
Nədən rəngi sarıdı? -rəngi niyə sarı rəngdədi...

Canansız xanələr dərd əsarıdı, -dərd bazarı-əsarıdı...
Əhli-hallar yar dərdinə yarayar. -yarayar-kömək edər...

Qəhrin sədasına tərsalar ağlar, -tufandan, qiyamətdən Yaradana inanmayan, naümidlər
Can naçar qalanda, tər salar ağlar. dəhşətə gələr, qorxarlar, inananlar Tanrıdan kömək diləyər.
dərdinə əlac tapmayan düşünməkdən, hərarətdən tərləyər...
Aşiq tər salar, ağlar,
Yaylıq tər salar, ağlar. -Yaylıqla təri silərkən sarı ləkə -tər salar, islanar, sıxanda
Haqqına ar alana, su tökülər-ağlar...
Desən, tərs alar, ağlar. -şərxətərə öyüd versən, tərs anlayar-hikməti dərk etməz

Alı yaddan çara tərs alar, ağlar, -canı yanmayan dərdinin çarəsini tərs deyər-qurtarmazsan
Yar yaranda, sayalanar yara, yar. ağlarsan-əzab çəkərsən...
-yara-sayalanar-qurtarar...


Hazırladı: Niftalı Göyçəli

Geri dön