Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Pentaqon: İran 2012-ci ildə nüvə silahı əldə edə bilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Pentaqon: İran 2012-ci ildə nüvə silahı əldə edə bilər

Pentaqon: İran 2012-ci ildə nüvə silahı əldə edə bilər


“İran bir il ərzində nüvə silahı əldə edə bilər. Bu ABŞ-ın diqqətində olan əsas məsələdir”. Bunu CBS telekanalına müsahibəsində ABŞ-ın müdafiə naziri Leon Panetta bildirib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı bütün variantlar müzakirə olunur. Pentaqon rəhbəri deyib ki, İrana qarşı tətbiq olunmuş sanksiyalara və ciddi səylərə baxmayaraq, bu ölkənin nüvə proqramını dayandırmasının qarşısını almaq mümkün olmayıb: “İran bir il ərzində, bəlkə də daha qısa müddətdə nüvə silahı əldə edəcək qədər iş görüb”.

“Siz İranın 2012-ci ildə atom bombasına sahib olacağına qəti əminsiniz” sualını cavablandıran Leon Panetta bunları deyib: “İranın gizli və ya yeraltı nüvə təsisatlarının olması bu ölkənin uranı zənginləşdirməsinə imkan verir”.

“Əgər İsrail İranın nüvə obyektlərini bombalasa, ABŞ-ın addımı nə olacaq” sualına isə Pentaqon rəhbəri belə cavab verib: “Bizimlə İsrail bu məsələdə eyni narahatlığı bölüşürük. İran nüvə silahı əldə etsə, bu ölkə ilə qarşı-qarşıya gələ və toqquşa bilərik. Bu problemdən çıxış yolu üçün başqa variantımız yoxdur. İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq üçün ciddi addımlar atılmalıdır”.

Geri dön