Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Rəsmi Bakı uydurma “erməni soyqırımı” ilə bağlı qanun layihəsinin Fransa parlamentində müzakirəyə çıxarılmasına münasibət bildirib
Rəsmi Bakı uydurma “erməni soyqırımı” ilə bağlı qanun layihəsinin Fransa parlamentində müzakirəyə çıxarılmasına münasibət bildirib |
“Belə hadisələr dövlətlərarası münasibətlərə heç də müsbət çalar gətirməyəcək”
“Biz Fransa parlamentinin “erməni soyqırımı” ilə bağlı müvafiq qanun layihəsini müzakirə etməsinə iki rakursdan baxırıq”. Bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Ə. Həsənov bildirib ki, bir tərəfdən, sözün həqiqi mənasında ermənilərin bütün dünyada təkidlə dünya ölkələrinə, xalqlarına qəbul etdirməyə çalışdıqları bu iddia qondarmadır, saxtadır və tarixi reallıqla heç bir əsası yoxdur: “Ona görə də hansı ölkənin parlamentinin müzakirəsinə çıxarılmasından və hansı səviyyədə müzakirə edilməsindən asılı olmayaraq, biz “erməni soyqırımı”nı saxta hesab edirik. Tarixdə belə hadisə olmayıb. Bu, sadəcə ermənilərin uydurduğu, bəzi maraqlı dairələrin də dəstəklədiyi antitürk siyasətidir. Digər məsələ isə bu tip hadisələrin siyasiləşdirilməsidir. Hazırda bu məsələnin Fransa parlamentinin gündəminə salınması tarixdə baş vermiş və yaxud tarixdə baş verməmiş - tarixlə bağlı hadisənin siyasiləşdirilməsi, siyasi gündəmə gətirilməsidir. Hesab edirik ki, bu məsələlərlə bağlı tarixçilər araşdırmalar aparmalı, məsələni tarixçilər müzakirə etməlidir. Bu məsələlər insanların yaddaşına tarixi təzələmək anlamında gündəmə gətirilməlidir. Ona görə də biz hər iki rakursdan yanaşanda, bu məsələyə mənfi münasibət bəsləyirik”. Ə. Həsənov deyib ki, Fransada belə bir qanunun qəbul olunması Fransa-Türkiyə münasibətlərinə təsir edə bilər: “Eyni zamanda, məlumdur ki, biz Ermənistanla neçə ildir müharibə şəraitində yaşayırıq. Ermənistan Azərbaycan torpaqlarını işğal edib, Xocalı kimi dəhşətli cinayətlər bu gün Ermənistanı idarə edənlərin məsuliyyətinə daxildir. Onlar bu hadisələrin bilavasitə iştirakçılarıdır. Ona görə də onlar tərəfindən qaldırılan və dünyanın istənilən yerində dəstəklənən bu tipli ixtiyari məsələlər Azərbaycan dövləti tərəfindən birmənalı şəkildə pislənilir. Belə hadisələrin dövlətlərarası münasibətlərə heç də müsbət çalar gətirməyəcəyi haqqında biz əvvəlcədən bəyanatlar veririk”. Geri dön |