Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > -Traxtur- Tehranın futbol qalası -Perspolis-i öz şəhərində ayaqladı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, İdman, Güney Azərbaycan-Təbriz > -Traxtur- Tehranın futbol qalası -Perspolis-i öz şəhərində ayaqladı

-Traxtur- Tehranın futbol qalası -Perspolis-i öz şəhərində ayaqladı


Tehranın Azadi stadionunda yerli vaxtla saat 18:50-də start götürən futbol müsabiqəsi milli komandamızın kəskin qələbəsi ilə yekunlaşdı.
İran üzrə futbol klublarının super liqa rəqabətlərinin 7-ci həftəsində keçirilən müsabiqədə Təbrizin “Traxtur” takımı Tehranın “Perspolis” takımı ilə qarşılaşdı.

Müsabiqədə 1-ci qolu “Perspolis”in oyunçusu Möhsün Bengər 38-ci dəqiqədə vurdu. O 69-cu dəqiqədə səhvən öz darvazalarına da 1 qol vurdu. “Traxtur”un oyunçuları Lusanu Edinho və Saman Nəriman Cahan 85 və 90+2 dəqiqələrində qol vurdular. Bununlada “Traxtur-Perspolis” müsabiqəsi (3 – 1) hesabı ilə milli komandamız “Traxtur”un xeyirinə yekunlaşıb.

Müsabiqə zamanı stadionda olduqca həyəcanlı anlar yaşanıb və müsabiqədə təxminən 30000 nəfər çox tamaşaçı qismində iştirak edib.

Bu önəmli qələbədən sonra “Traxtur” 16 imtyiyazlı oldu və cədvəlin 2-ci yerində yer aldı.

Qeyd edık ki, Tehranın “Perspolis” və “İstiqlal” takımları “Traxtur” üçün ciddi rəqib sayılır. Bu təkcə futbolla bağlı deyil, həmdə sözü gedən paytaxt takımlarının tərəfdarları zaman-zaman Azərbaycan türklərini təhqir edir və onlara qarşı aşağılayıcı şüarlar səsləndirirlər. Və bəzən də xoşagəlməz hadisələrə səbəb olurlar. O üzdən keçmişdəki təcrübələrə görə “Traxtur-Perspolis” və “Traxtur-İstiqlal” müsabiqəsi azərbaycanlılar və “Traxtur” klubu üçün olduqca prinsipial müsabiqə sayılır.

Geri dön