Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Özbəkistanın sharh.uz xəbər agentliyində “Xınalıq-açıq səma altında etnoqrafik muzey” sərlövhəli məqalə yerləşdirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Özbəkistanın sharh.uz xəbər agentliyində “Xınalıq-açıq səma altında etnoqrafik muzey” sərlövhəli məqalə yerləşdirilib

Özbəkistanın sharh.uz xəbər agentliyində “Xınalıq-açıq səma altında etnoqrafik muzey” sərlövhəli məqalə yerləşdirilib


Özbəkistanın sharh.uz xəbər agentliyində Azərbaycanın bu ölkədəki səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə tanınmış jurnalist Şərafətdin Tulaqanovun özbək dilində “Xınalıq-açıq səma altında etnoqrafik muzey” sərlövhəli məqaləsi yerləşdirilib.
Məqalədə deyilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2007-ci il dekabrın 19-da Xınalıq kəndinin tarixi ərazisi Dövlət Tarixi-Arxeologiya və Etnoqrafiya qoruğu elan olunub. Yazıda qeyd edilir ki, Xınalıq 5 min illik tarixə malikdir və kənd dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşir. Yerli əhali tarixən sənətkarlıq, heyvandarlıq və əkinçiliklə məşğul olur. Kənddəki küçələr, kəndarası yollar 100 il əvvəl necə idisə, bu gün də eləcə qalır.
“Xınalıq” türk toponimi haqqında yazan müəllif bildirir ki, Xınalıq dili Qafqaz dil qrupuna daxildir və bu dil yalnız Xınalıqda işlədilir.
Materialda, həmçinin Xınalığın zəngin mədəniyyəti, adət-ənənələri və mətbəxi haqqında da məlumat verilir.

Geri dön