Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan XİN: Edvard Nalbandyanın NATO dövlətlərinin qərarına qarşı mövqeyi Ermənistanın çarəsiz durumunun təzahürüdür
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Qərbi Azərbaycan-İrəvan > Azərbaycan XİN: Edvard Nalbandyanın NATO dövlətlərinin qərarına qarşı mövqeyi Ermənistanın çarəsiz durumunun təzahürüdür

Azərbaycan XİN: Edvard Nalbandyanın NATO dövlətlərinin qərarına qarşı mövqeyi Ermənistanın çarəsiz durumunun təzahürüdür


“Ermənistanın xarici işlər naziri ölkəsinin diplomatik məğlubiyyətinə uğursuz şəkildə bəraət qazandırmaq məqsədi güdür”

Ermənistan tərəfi dərk etməlidir ki, Ermənistanın Azərbaycana qarşı işğalının davam etməsi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində fiziki mövcudluğu münaqişənin həlli prosesinə, regional sülh və sabitliyə başlıca təhdiddir.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi saytının verdiyi məlumata görə, bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın Avstriya xarici işlər naziri ilə birgə brifinqdə səsləndirdiyi fikirləri şərh edərkən deyib.

E. Abdullayev qeyd edib ki, E. Nalbandyanın Uelsdə NATO dövlətləri tərəfindən qəbul edilmiş qərara qarşı mövqe sərgiləməsi Ermənistanın çarəsiz durumunun təzahürüdür:

“NATO-nun 4-5 sentyabr tarixində Uelsdə keçirilmiş sammitində NATO-ya üzv dövlətlərin dövlət və hökumət başçıları qəbul etdikləri yekun bəyanatda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstəyini ifadə edərək, Cənubi Qafqazda həlli uzadılmış münaqişələrin məhz bu prinsiplər əsasında həllinə çağırıblar.
Bu bir daha onu göstərir ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı beynəlxalq birlik tərəfindən qəti şəkildə dəstəklənir.

NATO-ya üzv dövlətlərin qərarını şübhə altına almağa cəhd göstərən Ermənistan xarici işlər naziri bir daha ölkəsinin beynəlxalq hüququn prinsiplərinə hörmətsizliyini açıq şəkildə nümayiş etdirir. Tamamilə ziddiyyətli və başını itirmiş Ermənistan rəhbərliyinə xas olan bir tərzdə Ermənistanın xarici işlər naziri beynəlxalq ictimaiyyəti beynəlxalq hüququn norma və prinsiplərini pozmağa çağırır.

Öz ənənələrinə sadiq qalaraq, Ermənistanın xarici işlər naziri ölkəsinin rüsvayçı işğalçılıq siyasətini etiraf etmək və buna son qoymaq əvəzinə beynəlxalq ictimaiyyəti və ilk növbədə Ermənistan cəmiyyətini çaşdırmaq, Ermənistanın diplomatik məğlubiyyətinə uğursuz şəkildə bəraət qazandırmaq məqsədi güdür”.

Geri dön