Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rusiya Dövlət Dumasına seçkilərdə qanun pozuntuları ilə bağlı 50-dən artıq cinayət işi başlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Rusiya Dövlət Dumasına seçkilərdə qanun pozuntuları ilə bağlı 50-dən artıq cinayət işi başlanıb

Rusiya Dövlət Dumasına seçkilərdə qanun pozuntuları ilə bağlı 50-dən artıq cinayət işi başlanıb


Rusiya Dövlət Dumasına seçkilərin təbliğat kampaniyası dövründə 50-dən artıq cinayət işi başlanıb. Cinayət işlərinin çoxu Moskvaətrafı, Sverdlovsk və Vladimir vilayətlərinin payına düşür. Beş halda cinayət işinin təqibi dayandırılıb, digər işlər üzrə təhqiqat davam edir. Rusiya Təhqiqat Komitəsinə seçki kampaniyasının gedişində qanun pozuntuları ilə bağlı 259 şikayət daxil olub, bütün şikayətlər üzrə araşdırma aparılıb. Ən çox şikayət “Ədalətli Rusiya” və Kommunist Partiyasının nümayəndələrindən daxil olub. Rusiya prezidenti hüquq-mühafizə orqanlarına təhqiqatların nəticələri ilə bağlı ona məruzə etməyi tapşırıb.

Geri dön