Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Tibb Universitetinin tələbələri üçün yenilik olacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Gənclik, Sağlıq > Azərbaycan Tibb Universitetinin tələbələri üçün yenilik olacaq

Azərbaycan Tibb Universitetinin tələbələri üçün yenilik olacaq


Bu tədris ilindən başlayaraq Azərbaycan Tibb Universitetinin tələbələrinin dərsləri əsasən universitetin "Tibb şəhərciyi"ndə yerləşən klinikalarda və tədris binalarında keçiriləcək.
Universitetdən verilən məlumata görə, əvvəlki illərdə ATU tələbələri tədris proqramı ilə əlaqədar şəhərin müxtəlif istiqamətlərindəki xəstəxanalarda yerləşən kafedralara getməli olurdular. Bu isə tələbələr üçün narahatlıq yaradır, bəzən onların dərslərə gecikməsinə səbəb olurdu.
Artıq tələbələrin yüksək səviyyəli təhsil alması üçün zəruri olan tədris kafedraları ATU-nun "Tibb şəhərciyi"ndə yerləşən, ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş və yüksək tibbi xidmətin göstərildiyi klinikaların nəzdində fəaliyyət göstərməyə başlayıb.
Hazırda "Tibb şəhərciyi"ndə Tədris Terapevtik Klinika, Tədris Cərrahiyyə Klinikası, Onkoloji və Stomatoloji klinikalarla yanaşı, 5 əlavə tədris binası da fəaliyyət göstərir.

Geri dön