Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyənin partiya liderinin müdafiə mətni Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasına göndərilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Türkiyənin partiya liderinin müdafiə mətni Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasına göndərilib

Türkiyənin partiya liderinin müdafiə mətni Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasına göndərilib


Türkiyə İşçi Partiyasının sədri Doğu Perinçəkin müdafiəsinin mətni Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasına göndərilib. Bu barədə açıqlama verən İşçi Partiyası sədrinin müavini və D. Perinçəkin vəkili Mehmet Cengiz deyib ki, 30 səhifəlik müdafiə mətni sentyabrın 8-də AİHM-in Böyük Palatasına təqdim olunub. Müdafiə mətninin Böyük Palatanın 3 iyun 2014-cü il tarixli məktubuna cavab olaraq hazırlandığını nəzərə çatdıran M. Cengiz məhkəmənin 28 yanvar 2015-ci ildə keçiriləcək iclasında Doğu Perinçəkin və İsveçrə dövlətinin vəkilinin çıxış edəcəyini, ondan sonra Böyük Palatanın hökm verəcəyini bildirib.

Xatırladaq ki, Türkiyə İşçi Partiyasının lideri Doğu Perinçək 23 iyul 2005-ci ildə İsveçrənin Lozan şəhərində keçirilən mitinqdəki çıxışında “erməni soyqırımı beynəlxalq yalandır” dedikdən sonra polis nəzarətinə alınıb. O dövrün xarici işlər naziri Abdulla Gülün müdaxiləsiylə polis nəzarətindən buraxılan D. Perinçəkin prokurorluqda ifadəsi alınıb, məhkəmə ona 3 ay həbs cəzası verib. Həbs cəzası cəriməyə çevrilən D. Perinçək “Söz və ifadə azadlığını tapdadığına görə” 2008-ci ilin iyununda İsveçrə dövlətindən Avropa İnsan Haqları Məhkəməsinə şikayət ərizəsi verib. 17 dekabr 2013-cü ildə AİHM Doğu Perinçəki məhkum edən İsveçrənin “söz və ifadə azadlığını pozduğuna” dair hökm çıxarıb. Hökmdə “1915-ci il hadisələrinin “soyqırım” olmadığına işarə edən ifadələr də yer alıb. Bunu qəbul etmək istəməyən İsverə dövləti 14 mart 2014-cü ildə AİHM-in qərarına rəsmi etiraz edib. AİHM-in Böyük Palatasının qərarı qətidir və bu qərarlardan şikayət verilə bilməz.

Geri dön