Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Qərbi Azərbaycan-İrəvan, DAVAMın yazıları > Qərbi Azərbaycan ziyalılarından... Əli Ələsgər oğlu Həsənov
Qərbi Azərbaycan ziyalılarından... Əli Ələsgər oğlu Həsənov |
Qərbi Azərbaycan Göyçə mahalında sayılıb-seçilmiş və dövlət vəzifələrində işləyərkən xalqına qayğı ilə yanaşan ziyalılardan biri də Əli Ələsgər oğlu Həsənov olmuşdur. Əli həsənov 1920-ci ildə Göyçə mahalının Mədinə(Martuni-Qaranlıq rayonu) kəndində anadan olmuşdur. İrəvan pedoqoji texnikumunu bitirdikdən sonra kənd məktəb direktoru işləmişdir. 1941-ci ildə müharibəyə getmişdir və ağır yaralandıqdan sonra 1944-cü ildə ordudan təxris olunmuşdur. Martuni rayonunda partiya komitəsinin təlimatçısı işlədikdən sonra Moskvada ali partiya məktəbində oxumuşdur. 1960-cı ildən 1969 –cu ilədək Krasnoselo rayon partiya komitəsinin birinci katibi işləmişdir. Zəkalı və millətsevər Türk oğlu Əli Həsənov rayonun türk kəndlərində abadlıq işləri ilə yanaşı maarif işinin də yüksəlməsinə daim diqqət etmişdir. Onun təşəbbüsü ilə hər il iki dəfə rayonda şagirdlər arasında fənlər üzrə olimpiadalar təşkil olunurdu və qaliblər tərifnamələrlə təltif olunurdu. Burada əsas məqsəd türk uşaqlarının elmə həvəsini artırmaqla gələcəkdə türklər arasında ziyalıların çoxalmasından ibarət idi. Bu işin nəticəsi olaraq Göl kənd, Ardanış kənd orta məktəblərində hər il qızıl medala layiq şagirdlər yetişirdi, onların ali məktəblərdə də bilikli tələbələr kimi şöhrətlənməsi dillərdə səslənirdi. Əli Həsənov tez-tez rayonun kəndlərinə gedib sadə insanların dər-səri ilə tanış olaraq rəhbər işçilərdən zəhmətkeş insanlara qayğı göstərmələrini tələb edirdi. Rayon əhalisi hər kəs çətinə düşərkən Əli Həsənova güvənirdi və bilirdi ki, naümid qalmayacaq. Odur ki, bütün rayon əhalisi Əli Həsənovun şəxsiyyətinə böyük hörmət, ehtiram bəsləyirdi. Bacarığı, savadı, dünyagörüşü ilə sayılıb-seçilən bu Türk ziyalısına Ermənistan respublika rəhbərliyi də biganə qala bilməmişdir, onu medal və fəxri fərmanlarla təltif etmişdir, Ermənistan KP MK üzvlüyünə namizəd, Ali Sovetin sədrinin mavini seçmişlər... Əli Həsənovun əsasən Qərbi Azərbaycan türklərinə hərtərəfli kömək göstərməsini qədirbilən insanlar indi də hörmət və ehtiramla yad edirlər. El arasında böyük hörmət qazanmış, insanların qəlbində ehtiramla yaşayan zəkalı Türk oğlu Əli həsənov 1971-ci ildən Azərbaycan SSR Xalq Nəzarəti Komitəsi Şöbəsinin müdir mavini işlədiyi dövrdə 1977-ci ildə qəflətən dünyasını dəyişmişdir. Qərbi Azərbaycan türkləri onu hər zaman yad edərək haqqında ürəkaçan xatirələr danışırlar.
Niftalı Göyçəli -davam.az Geri dön |