Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Azərbaycan prezidenti “Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsi haqqında” qanununun tətbiqi barədə fərman imzalayıb
Azərbaycan prezidenti “Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsi haqqında” qanununun tətbiqi barədə fərman imzalayıb |
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsi haqqında” qanununun tətbiqi barədə fərman imzalayıb.
Sənəddə deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram: 1. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 1.1. üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 1.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin. 2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin. 3. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna tapşırılsın ki, Fondun 2012-ci il büdcəsinin gəlirlərinin və xərclərinin yerinə yetirilməsi üçün zəruri tədbirlər görsün və bu barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin. 4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, 2012-ci ildə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna nəzərdə tutulmuş ayırmaların (transfertin) rüblük və aylıq bölgüsünü Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu ilə razılaşdırmaqla 15 gün müddətində təsdiq etsin. 5. Dövlət büdcəsindən maliyyələşən təşkilatların rəhbərlərinə tapşırılsın ki, məcburi dövlət sosial sığorta haqları üzrə əvvəlki illərdə yaranmış borcları 2012-ci il üçün xüsusi vəsaitlərin smetalarının tərtibində və təsdiqində nəzərə alsınlar. 6. Gəlir və xərc smetaları aidiyyəti sahə nazirlikləri, habelə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilən hüquqi şəxslərə tapşırılsın ki, 2012-ci il üçün smetalarda əvvəlki illərdə məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcların ödənilməsini nəzərdə tutsunlar. 7. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, şəhər və rayon icra hakimiyyətlərinə tapşırılsın ki, ərazilərindəki dövlət təşkilatlarının, o cümlədən büdcədən maliyyələşən təşkilatların məcburi dövlət sosial sığorta haqlarını vaxtında və tam ödəməsini təmin etmək üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları ilə birlikdə lazımi tədbirləri həyata keçirsinlər”. Geri dön |