Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Fransanın addımı onun bitərəf həmsədr olmasını və qərəzsizliyini şübhə altına salır”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > “Fransanın addımı onun bitərəf həmsədr olmasını və qərəzsizliyini şübhə altına salır”

“Fransanın addımı onun bitərəf həmsədr olmasını və qərəzsizliyini şübhə altına salır”


“Tarix tarixçilərin işidir. Siyasətçilər ən müxtəlif maraqlardan tarixi hadisələrə münasibət bildirərkən bir çox səhvlər baş verir”.
Bu sözləri Azərbaycan Milli Məclisin sədr müavini Bahar Muradova deyib. O bildirib ki, Fransa parlamenti və parlamentdə uydurma “erməni soyqırımı”nın inkarının cinayət sayılması ilə bağlı qanunun qəbulu üçün çalışan şəxslər bunu düşünməlidir: “Çünki bu, öz-özlüyündə söz azadlığına, fikir müxtəlifliyinə, plüralizmə zidd bir mövqedir. Belə olduğu təqdirdə, Fransanın tarixindəki bəzi məqamlar da başqa ölkələrdə eyni şəkildə qiymətləndirilə bilər. Bu da ölkələr, xalqlar arasındakı münasibətlərə xələl gətirə bilər. Hesab edirəm ki, Fransada məntiqi mühakiməsi olan, dünyada gedən prosesləri düzgün dəyərləndirən və ölkələr, xalqlar arasındakı münasibətlərin qarşılıqlı inama, hörmətə əsaslanmasını istəyən şəxslər buna qarşı çıxmalıdırlar”.
B. Muradova bəyan edib ki, bu cür qanunların qəbulu ATƏT-in Minsk Qrupunun üzvü olan Fransanın bitərəf həmsədr olmasını və qərəzsizliyini şübhə altına salır. O həmçinin qeyd edib ki, Azərbaycan və Türkiyə parlamentləri eyni qaydada bu məsələyə mane olmaq üçün səylər göstərir: “Hesab edirəm ki, bu səylər davam etməlidir. Diplomatik əlaqələri kəsmək deyil, bu kimi məsələlərə qarşı çıxmaq lazımdır”.

Geri dön