Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət, DAVAMın yazıları > Aşıq Alı yaradıcılığında “qıfılbənd” təcnis... ( II yazı )
Aşıq Alı yaradıcılığında “qıfılbənd” təcnis... ( II yazı ) |
Keçən yazıda Aşıq Alının yaratdığı “dodaqdəyməz” şeir növündən bəhs etmişdik. İndi Aşıq Alının yaratdığı “qıfılbənd təcnis” şeir növünə müraciət edək. Gələn yazıda Aşıq Alının icad etdiyi “təcnis qəzəl”dən də bəhs edəcəyik. Yenə də Aşıq Alının haqqında təkrar məlumat verməklə sonra mətləbə keçək.
Göyçə mahalında XVII əsr Ağ Aşıq Allahverdi ilə məlum olan aşıq məktəbi XIX əsrdə ustadın şagirdi Aşıq Alının yaradıcılığı ilə bədii zirvəyə qalxdı. Güney, qüzey Azərbaycan və Osmanlı Türkiyəsi ərazilərində Şeyx Alı, Təcnis Alı kimi yüksək bilici titulu ilə adı çəkilmişdir. Aşıq Alı dünya bədii təfəkkür sahəsində yeni şeir növləri: “dodaqdəyməz” təcnislər və cığalı təcnis, “qıfılbınd” təcnislər, təcnis qəzəllər yaratdı və bu şeir növü aşıq meydanında dərin fəlsəfi məzmunu, forması ilə idrakın xüsusi bir mərhələsinə qalxdı. Aşıq Alının mövzu ilə bağlı bir “qıfılbənd” təcnisinə diqqət edək: Ruzi bəxş olundu neçə xilqətdən?- Qidalar: torpaqda bitkilər bitir hava, su və günəş... meyvə, taxıl əməl. gəl.. İzhar eylə dəqiq səd ala tək-tək. - Səd-yüz, ala-nemət... yüz cür nemət-yeyilənlər növü... Əhyi Asəfikəf nə məkanlıdı? - Nuh peyğəmbər oğlu Yafət... mağarada üç yüz il yuxuya getmələri... Ad, il, ünvanları sədala tək-tək. Naxçıvandakı Əshabi-kəhf ziyarətgahı... “Əl KƏF” 18-ci surə...bir-bir de. Kəhkəşanda nə saydadı səyyara? - ...Dan ulduzu xeyir verəndi. Venera Dan ulduzundan əvvəl görünür... Həddi Şəmsi Leyli eylə səyy ara. Karvanı çaçdırır “Karvanqıran”adlanır səyy-zalımlıq edir... Fəhmindən kim oldu hansı Səyyara, - Peyğəmbərlərin mələk Cəbrayyılla yol yoldaşlığı... “İlaha illillah!- Dərsi “ila” ilə səda “la” tək-tək. sədalarını eşitmələri... Nə məqamda zühr olundu ayinə? - İnsan yaranandan “əməl dəftəri”, “əməl güzgüsü” yaranıb... Nafeliyi rükət neçə ayinə? - Meyit namazı zamanı oxunan ayələrə işarədir... Hansı gündə üç səadət-ayi nə? - Şaban ayının on beşi...Məhəmməd peyğəmbər, İmam Əli ilə Fatimə ilə Alı itaətdə sə dala tək-tək. evlənməsi, Mehti sahibi zamanın anadan olması... - Sə-üç, dal-qoca: Dünyanın ən qocaları: Adəm, Nuh, İmam Əli.. Niftalı Göyçəli Tel: 055 850 78 64 Geri dön |