Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ABŞ Konqresi Obama Administrasiyasını Ermənistan və Azərbaycana hərbi yardımların ayrılmasında pariteti gözləməyə çağırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > ABŞ Konqresi Obama Administrasiyasını Ermənistan və Azərbaycana hərbi yardımların ayrılmasında pariteti gözləməyə çağırıb

ABŞ Konqresi Obama Administrasiyasını Ermənistan və Azərbaycana hərbi yardımların ayrılmasında pariteti gözləməyə çağırıb


“ABŞ Konqresi Obama Administrasiyasını Ermənistan və Azərbaycana göstərilən hərbi yardımda bərabərliyi gözləməyə çağırır”.

Nümayəndələr Palatası və Senatda 2012-ci maliyyə ili üçün təsdiq olunan təxsisatlar layihəsində belə deyilir.

1200 səhifəlik sənəddə Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə çağırılır.

“Biz bütün tərəfləri zorakılıq təhdidlərindən çəkinməyə, tərəflər arasında dialoq və etimad yaradan səyləri dəstəkləməyə çağırırıq. Bu, regional təhlükəsizlik və “xalqdan xalqa” proqramları üçün lazımdır”, - deyə layihədə bildirilir.

Layihə Nümayəndələr Palatası və Senatda təsdiq olunduqdan sonra etimad yaratmaq və Dağlıq Qarabağ da daxil olmaqla, bütün münaqişələri sülh yolu ilə həll etmək üçün Cənubi Qafqaz regionuna ayrılan maliyyə resurslarından istifadə etməyə imkan verir.

Qeyd edək ki, ABŞ 2012-ci maliyyə ilində Avropa, Avrasiya və Mərkəzi Asiya ölkələrinə 626.7 milyon dollar yardım ayırıb.

Bu, 2011-ci ildə ayrılan vəsaitdən 69 milyon dollar azdır.

Geri dön