Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Aşıq Şəmşir Mədəniyyət Ocağ - İB (tədbir)
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gənclik, Bildiriş > Aşıq Şəmşir Mədəniyyət Ocağ - İB (tədbir)

Aşıq Şəmşir Mədəniyyət Ocağ - İB (tədbir)


Tələbə adını qazanan bütün abituriyentlər mükafatlandırıldı

Həmişə olduğu kimi bu dəfə də "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyi tələbə adını qazanan kəlbəcərli abituriyentlərlə görüş keçirib, onları təbrik etdi.

Bildiyiniz kimi, "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyi hər yeni tədris ilində tələbə adını qazanan gənclərlə görüş keçirib, onları mükafatlandırır. Bu dəfə də Birlik öz ənənəsinə sadiq qalaraq Kəlbəcər rayonundan olan və ali məktəblərə daxil olan gənclərlə görüşüb.

Tədbirdə Prezident Administirasiyasının məsul əməkdaşı Aqşin Əliyev, Kəlbəcər rayon icra hakimiyyətinin başçısı Aqil Məmmədov, "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyinin sədr müavini Həbib Misirov, Birliyin üzvləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirə qatılan və bu il tələbə adını qazanan 300 nəfərdən artıq şagird Birlik adından müxtəlif hədiyyələrlə mükafatlandırıb. Tədbirdə çıxış edən ziyalılar "Aşıq Şəmşir" Mədəniyyət Ocağının bu fəaliyyətini yüksək qiymətləndirib, belə tədbirlərin gənclər üçün stimul olduğunu vurğulayıblar. Onlar gənclərə gələcək fəaliyyətlərində uğurlar arzuladıqlarını və onların daha böyük nailiyyətlər əldə edəcəklərinə inandıqlarını vurğulayıblar.

Kəlbəcər rayon icra hakimiyyətinin başçısı Aqil Məmmədov öz çıxışında rayon gənclərinin bugünki uğurlarından, onların təhsildə və digər sahələrdə əldə etdikləri nailiyyətlərdən danışıb. O, orta məktəbi bitirib, təhsillərini müxtəlif elm- təhsil ocaqlarında davam etdirən bütün kəlbəcərlilərini təbrik edərək, onlara dövlətçiliyimizin keşiyində sədaqətlə durmağı və təhsillərində uğurlar qazanmalarını arzuladı.

Sonda çıxış edən Birliyin sədr müavini Həbib Misirov gənclərə Birliyin sədri, el ağsaqqalı Qənbər Qurbanovun və Millət vəkili Cavid Qurbanovun təbriklərini çatdırdı. O, öz çıxışında Azərbaycan dövlətinin gənclər siyasətindən danışdı. H. Misirov qeyd etdi ki, artıq bugünün gənci dövlətin daim diqqətini hiss edir:
" Hamımız yaxşı bilirik ki, 90-cı illərdə gənclərimiz ayrı- ayrı müxtəlif qruplaşmaların əlində oyuncağa çevrilmişdi. Hətta sonralar belə gənclərimiz fərqli- fərqli dini, siyasi, kriminal qrupların, cərəyanların hiyləsinə uyub, onların tələlərinə düşürdülər. Ancaq bu gün bu mümkün deyil. Bu gün Azərbaycan gəncinin yalnız bir amacı var öz prezidentinin ətrafında sıx birləşmək və dövlətinə, millətinə xidmət etmək"

Tələbə adını qazanan və gənclik illərinə yenicə qədəm qoyan həmyerlilərinə öz tövsiyyələrini çatdıran sədr müavini bundan sonra da gənclərlə müxtəlif görüşlər keçirəcəklərini, onlar üçün əllərindən gələn dəstəyi Birlik olaraq əsirgəməyəcəklərini söylədi.

Sonda natiq Birlik adından tələbə adını qazanan bütün abituriyentlərə qiymətli hədiyyələr və pul mükafatları təqdim etdi.

Geri dön