Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: “Həmişə erməni lobbisinin strateji hədəfi Ermənistanı yazıq formada ictimaiyyətə təqdim etməyə yönəlib”
Fərəc Quliyev: “Həmişə erməni lobbisinin strateji hədəfi Ermənistanı yazıq formada ictimaiyyətə təqdim etməyə yönəlib” |
Ermənistanda sosial partlayış həyəcanı
Fərəc Quliyev: “Həmişə erməni lobbisinin strateji hədəfi Ermənistanı yazıq formada ictimaiyyətə təqdim etməyə yönəlib” Cənubi Qafqaz regionunun geosiyasi mənzərəsi getdikcə ağırlaşır. Xüsusilə Ermənistanda sosial-iqtisadi vəziyyət kritik həddədir. Buna uyğun olaraq da siyasi gərginlik artıb. Ekspertlər bu mənada Ermənistandakı sosial-iqtisadi vəziyyətin ağırlığını əsas gətirməklə sosial “partlayış”ın ola biləcəyini istisna etmirlər. Ölkədə yaşamağın gündən-günə çətinləşdiyini önə çəkən erməni siyasətçiləri hesab edirlər ki, buna son verilməzsə etiraz aksiyalarının qarşısını almaq mümkün olmayacaq. Ərzaq məhsullarının qiymətinin kəskin şəkildə bahalaşdığını önə çəkən narazı ermənilər, buna baxmayaraq hakimiyyətin xalqı konstitusiya islahatlarıyla “yedirməyə” davam etdiyini bəyan ediblər. Bəs, bunlar nə ilə nəticələnə bilər? Millət vəkili Fərəc Quliyev bildirdi ki, Ermənistanın iqtisadi böhranla üzləşməsi ilə bağlı ortaya atılan mülahizələr həmin dövlətin indiki vəziyyətinə adekvat deyil. Onun sözlərinə görə, əgər müstəqil bir dövlət və onun işğalçılıq siyasəti müzakirə olunsaydı, onda həmin dövlətin iqtisadi potensialı zəiflədikcə iddialarının da azalacağını söyləmək olardı. “Məsələ burasındadır ki, Ermənistan müstəqil dövlət deyil. Onun nə iqtisadiyyatı, nə işğalçılıq siyasəti, nə də verəcəyi qərarlar öz iradəsindən asılı deyil. Bu dövlət siyasətdə “maşa” rolunda istifadə olunur. Digər tərəfdən, hətta Ermənistanın iqtisadi, siyasi cəhətdən müstəqil olması da onun işğalçılıq siyasətindən əl çəkəcəyini sübut etmir. Yəni işğala məruz qalan tərəf düşmən içərisində ziddiyyətlərdən asılı olaraq hansı qərarlar verəcəyini gözləməli deyil. İstər Şərqi Avropada da, istərsə də Cənubi Qafqazda baş verənlərdə Rusiya rol oynayır. Ermənistan bu ölkənin istəklərini həyata keçirir. Millət vəkili hesab edir ki, Ermənistanda vəziyyətin pisləşməsi ilə bağlı dövriyəyə buraxılan informasıyalar düşünülmüş addımlar seriyasına daxildir. Onun sözlərinə görə, həmişə erməni lobbisinin strateji hədəfi Ermənistanı yazıq formada ictimaiyyətə təqdim etməyə yönəlib. “Ermənistan yenə də bu fikri formalaşdırmağa çalışır və bunun əsasında digər xarici qüvvələrdən dəstək almaq istəyir. Belə informasiyaların gələcəkdə Ermənistanda hakimiyyət dəyişikliyinə aparacağını da gözləmirəm. Hətta hakimiyyət dəyişsə belə, ermənilər institutlaşmış siyasətlərini dəyişməyəcəklər. Bir zamanlar Levon Ter Petrosyan Qarabağla bağlı rassional yanaşmalarla çıxış etməyə başlayanda dərhal onu dəyişib yerinə “müharibə hakimiyyətini” gətirdilər. Bu gün Sarqsyan hakimiyyəti də başqa istəkdən çıxış edərsə, dərhal “ağaları” onu dəyişəcəklər. Ona görə də bu gün Ermənistanda yaranmış vəziyyətlə bağlı amillərə güvənməyə dəyməz. Buna görə də, Ermənistan-Azərbaycan münaqişəsinin məhz işğalçı tərəfin zəifləyəcəyi təqdirdə çözüləcəyini düşünmək sadəlöhvlük olardı”. F.Quliyev bildirdi ki, Ermənistan faktiki olaraq Azərbaycanın 20 faiz ərazilərini işğal etsə də, hər il bir çox ölkələrdən, hətta Amerikanın özündən də yardımlar alır. «Ermənistanın İranla qapıları açıqdır, Türkiyə ilə olan ticarər dövriyyəsi böyük rəqəmlərlə ifadə olunur. Buna baxmayaraq nə Ermənistanın indikindən yaxşı vəziyyəti olub, nə də bundan sonra olacaq. Amma bu vəziyyətdə də Ermənistanın işğalçılıq siyasətindən geriyə çəkilməsi məqamları görünmür”. Tahirə Qafarlı - Üç nöqtə qəzeti Geri dön |