Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yaxşı ki, Bakımın küləkləri var (şer)
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Yaxşı ki, Bakımın küləkləri var (şer)

Yaxşı ki, Bakımın küləkləri var (şer)


Payızın əməlli havası gəlir,
Özü gəlməmişdən davası gəlir.
Uçurur közləri havada külək,
Yanan ocaqların tüstüsü gəlir.

Budaqlar çoxdandı bir-birin görmür,
Yarpaqlar gizlicə sanki öpüşür.
Bu sabah küçədən keçən incə qız
Bir igid oğlanla yolda ötüşür.

Küləyin səmtiylə qoşa addımlar...
Deyir:- Yaraşırlar, görən adamlar.
Xəbəri yox idi oğlanla qızın,
Küləyin onlara məhəbbəti var.

Bax, qarşı tərəfdən bir oğlan gəlir,
Qızın gözəlliyi onu cəlb edir.
Baxışlar baxışın ardına düşür,
İgidimiz zərif qızla görüşür.

Nənəm neçə vaxtdı, qız tap deyirdi,
Bu gözəl baxışlar qəlbimə girdi.
Görən necə deyim, gəl tanış olaq,
Taledə vardırsa, ailə quraq.

Aman, necə əməl, bu necə gündü,
Nənəm təsadüfmü, qızla görüşdü.
A bala, a Nazlı bu nə gözəl yol,
Bu da mənim nəvəm, gəl bir tanış ol!

Nənəmimin gözündə şadlıq, işıq var,
Qoşa addımlayır, indi cavanlar...
Yaxşı ki, Bakımın küləkləri var,
Üzə gələn bahar bəlkə, toy olar.

Gəl nisgilim çıxaq gedək
Gəl nisgilim, çıxaq gedək,
Çəkim səni ağır yük tək.
Həsrətlərin tüstüsütək
Cismimdəsən ağır yedək.

Dinsən də bir, dinməsən də,
Ölsən də bir, ölməsən də.
Şadlıq donu geyməsən də,
Mənimlə ol, əl ver, gedək.
Gəl, nisgilim çıxaq gedək,
Qoyma məni oyanmağa.
Oyanıb da, boyanmağa,
Öz odunda qalanmağa,
Mənimlə qal, söz ver, gedək.

Gəl nisgilim, çıxaq gedək,
Gəl ömrümdən çıxaq gedək.
Gəl ömründən çıxaq gedək,
Sevənlərin ahlısından,
Şirin həyat acısından!
Soraq həyat atlısından,
Lazımdırsa, bu dünyadan
Nədənini heç sormadan
Şadlanaraq köçək gedək!

Sevgi qurtarar bizi
Üzülmə payızın rəng sevgisinə,
Bu sevgi məntiqin düşüncəsidi.
Sabah xəz dərisi qar olanların
Xəzan, könüllərin qəlb incisidi.

Payız-qış ötməsə, bahar gələrmi,
İnsana sevgisi qəm gətirərmi!
Ötən ömürlərin, ötən günlərin,
Qəmli baxışların, nəmli gözlərin,
Dərdini car çəksən, xeyri dəyərmi!

Bu dünya bir karvan, bəs sarvanı kim?
Nə fərqi başda kim, ya arxada kim...
Burda ya çobansan, ya da ki alim,
Alacaq canını, duracaq hakim.
Bizi baharından sorğulayacaq,
Xəzan rəngləriylə ovunduracaq...
Cismimiz asanca ruhsuz duracaq,
Qapı bağlı artıq, yoxdur tutacaq.

O vaxt hansı sevgi qurtarar bizi,
Bəhanə etsək də işlərimizi...
Tökməyək ortaya dərdlərimizi,
Gəl, səcdəyə qoyaq dizlərimizi,
Allahdan istəyək diləyimizi...

Geri dön