Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İran Rəşt-Bakı-Həştərxan xətti üzrə hava reysinin açılmasını təklif edir
İran Rəşt-Bakı-Həştərxan xətti üzrə hava reysinin açılmasını təklif edir |
İranın Gilan əyalətində səfərdə olan azərbaycanlı jurnalistlər Gilan əyalətinin başçısı Məhəmməd Əli Nəcəfi ilə görüşüb.
Görüşdə M.Ə.Nəcəfi Rəşt-Bakı-Həştərxan xətti üzrə hava reysinin açılmasını təklif edib: “Rusiyanın Həştərxan şəhəri bizə Rəşt-Həştərxan hava reysinin açılmasını təklif edib. Biz isə bu reysin Rəşt-Bakı-Həştərxan xətti üzrə açılmasını təklif edirik. Düşünürəm ki, bu reysin açılması ölkələrimiz arasında əməkdaşlıqların artırılmasına təkan verər”. M.Ə.Nəcəfi deyib ki, İran sərhəd zonalarında əvvəllər fəaliyyət göstərən, lakin indi olmayan bazarların işinin yenidən bərpa edilməsində maraqlıdır: “Hesab edirik ki, gömrük rüsumları və digər rüsumların malların ixracı və idxalı ilə bağlı xərclərin azaldılması iki ökənin iqtisadi əlaqələrini genişləndirməsinə təkan verər. Hazırda bununla bağlı Azərbaycan tərəfi ilə danışıqlar aparırıq”. Nəcəfi deyib ki, Gilan əyaləti bir neçə kənd təsərrüfatə məhsulunun istehsalında birinci yerdədir: “Düyü istehsalı sahəsində 1 milyon 100 min çəltik istehsal edir. Bu sahədə ölkə üzrə ikinci yeri tutur. Həmçinin əyalətimiz çay, fındıq, badam, ipək baraması məhsullarına görə ilk sıralardadır”. O, deyib ki, Gilan əyalətinin Azərbaycanla ticarət sahəsində çay və düyü ixracı nəzərdə tutulub: “Kənd təsərrüfatının digər sahələri zeytun, bal , ət, toyuq əti, əyalət üzrə istehsal yüksək səviyyədədir. Burda 3680 sənaye müəssisəsi istifdəyə verilib. 83 min nəfərdən çox insan çalışır. Hazırda 1900-ə yaxn sənaye müəssisəsi də tikilməkdədir. Onların yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tuutlub”. İranın Gilan əyalətinin başçısı Məhəmmədəli Nəcəfi əlavə edib ki, hazırda Ənzəli limanı ilə Bakı limanı arasında sərnişin gəmisinin fəaliyyət göstərməsinə imkan var. Əvvəllər belə bir gəmi reysi mövcud idi, nəyə görə bu davam etməsin və bu imkandan istifadə etməyək ? Ənzəli limanının azad iqtisadi zonası var, bu, iki ölkənin ticari əlaqələrində dönüş yarada bilər". Geri dön |