Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Qərbi Azərbaycan-İrəvan > Məlahət İsmayılqızı& - BİOQRAFİK XATİRƏ
Məlahət İsmayılqızı& - BİOQRAFİK XATİRƏ |
Göyçədə doğulub boya-başa çatıb. Böyük və ilahi sevgiləri Atası İsmayıl Əliyev, anası Süsənbər xanımdır.
Ən böyük arzusu: Azərbaycanın bütövlüyü... Göyçəyə dönməkdir! Qızı Lamiyə müəlliməni və oğlu Fərid bəyin xoş günlərini görməkdir. Niskili: Göyçəsiz də, ata-anasız da qəlbində bir beyt hey dolanmaqdadır: “İtib ləli-cəvahiri ömrümün!” İlk qələmindən çıxan əsəri “SÜS- ƏMBƏR” adlı anası Süsənbər xanımın Göyçə yaddaşından gələn atalar sözü toplusudur. İkinci kitabı üzərində işlədiyi İsmayıl müəllim haqqında bioqrafik povest olacaq. BİOQRAFİK XATİRƏ Kişilər imməti dağı qoparır, Kişi ol, dağ qopar, həmmiyyət ilə! M. Ə. Sabir Göyçənin rəmzi Göyçə gölüdür! İsmayıl Hüseynoğlu Əgər öz döğmalarının insani keyfiyyətlərini dəyərləndirə bilirsənsə, deməli başqalarına da qiymət verməyi bacarırsan. Mən bu yazımda belə kişilərdən biri- Atam Əliyev İsmayıl Hüseyn oğlundan danışacağam. O mənim üçün həm ata, həm də ideal! Bu gün adı el işində məhəbbət və ehtiramla xatırlanan ziyalıdır. Elə isə, İsmayıl Əliyevin həyat yoluna nəzər salaq: 22.06. 1927-ci ildə Göyçə mahalının Sədənəxaç-Hacı Qərib( sonralar atamın təşəbbüsü ilə kəndimiz Güney adlandırıldı və bu sənədlə təsdiq olundu). Sadə, zəhmətkeş bir ailədə üç qardaş, bir bacı olmuşlar. Babam Alı uzun illər kolxoz təsərrüfat işlərində briqadir işləmişdir. Onu da qeyd edim ki, Atam öz atasını da, anası Həlimə xanımı qeyri-adi bir məhəbbətlə sevmiş və onları ömrünün son günlərinədək ehtiramla yad etmişdir. Hətta həyatının son aylarında mənə atası ilə bağlı xatirələrini danışarkən bu sözləri əlavə etdi:-Qızım, bu gün mənim özümün 83 yaşım olmasına baxmayaraq, atamdan, anamdan danışarkən gözlərim dolur. Elə bir günüm yoxdur ki, mən onları xatırlamayım, ata-ana sevgisi ölümsüzdür!.. Atam Əliyev İsmayıl ilk təhsilini 1932-39-cu illərdə Güney kənd yeddillik məktəbində almışdır. 1939-42-ci illərdə İrəvan Türk Pedoqoji texnikumunu bitirmişdir. Güclü hafizəyə, yaddaşa malik olması, eyni zamanda texnikumda oxuyarkən rus və erməni dillərini mükəmməl bilməsi ona “eksterni” imtahan verib 4 illik təhsili 3 ildə başa vurmasına səbəb olmuşdur. 1942-ci ildə, 15 yaşında ikən həyat yoluna atılan İsmayıl Əliyev Dərə, Pəmbək, Günüy kənd yedillik məktəblərində dərs hissə müdiri və müəllimlik etmişdir. 1942-ci ildə Sovet ordusu sıralarına getmək üçün ərizə ilə müraciət etmişdir. Müharibəni (1941-45-ci illər) Polşa cəbhəsində başa vurmuşdur. 1946-cı ilin noyabr ayında ordu sıralarından tərxis olunan bu istedadlı gəncin qarşısında yeni yollar açılmışdır. Bu illərdə, 1948 –ci ildə Azərbaycan Pedoqoji institutunun ədəbiyyat-filologiya fakültəsinə daxil olur. Təhsilini qiyabi davam etdirməklə Günae, Pəmbək, Şişqaya kəndlərində məktəb direktoru işləmişdir. Güclü məntiqi, natiq-aratorluq qabiliyyəti, ensklopedik biliyə malik olması, zəngin zəngin mənəvi aləmi və yüksək təşkilatçılığı, iti qələmi İsmayıl müəllimi bir şəxsiyyət kimi yetişdirir. 1954-64-cü illərdə Basarkeçər rayonunda “Yüksək məhsul uğurunda” (Bolluq uğurunda) qəzetində redaktor kimi fəaliyyətə başlayır. Artıq, 1948-ci ildə KP sıralarına daxil olması, partiya komitəsində təlimatçı kimi çalışması, güclü qələmi, iti müşahidə qabiliyyəti onun SSRİ miqyaslı bir sıra mətbuat orqanları ilə əməkdaşlıq etməyə imkan verir. “Pravda”, “İzvestiya”, “Uçitelskaya qazeta” kimi ittifaq əhəmiyyətli qəzetlərdə, “Oqonyok” jurnalında maraqlı və sanballı məqalələrlə çıxışlar edir. Bütün bunların nəticəsi olaraq İsmayıl Əliyev 1959-cu ildə SSRİ jurnalistlər ittifaqına üzv seçilir. Bu siyahını uzatmaq da olar, ancaq hansı sahədə işləməsindən aslı olmayaraq, öz millətini, xalqını, yurdu- Göyçəni qəlbəndə sevgi ilə saxlamışdır. Otuz səkkiz il İsmayıl müəllim Basarkeçər rayon sovetinin deputatı olmuş, Ermənistan Ali Sovetində isə xüsusi dinləyici kimi iştirak iştirak etmiş, nəticədə güclü bir iqtisadçya çevrilmişdir. Təsərrüfat və torpağın dilini çox gözəl bilirdi. Nərimanlı, Pəmbək, Babacan, Güney, Ağkilsə və s. kəndlərdə uzun illər kolxoz sədri işləmişdir. Qeyd etdiyim kimi, hansı sahədə işləməsindən asılı olmayaraq o, əsil ziyalı idi, öz camaatına, doöma Göyçəsinə xidmət etmişdir. Yeri gəldikcə, dərin zəkası ilə erməni şər xislətlilərin də ağzından vurmağı bacarmışdır... 1962-64-cü illərdə Ermənistan KP-nin göndərişilə Bakı Ali partiya Məktəbinə daxil olur. Burada oxuduğu illərdə həm müəllimlərin, həm də dost və tələbələrin hörmət bəslədiyi, əqli, düşüncəsi ilə rəğbət doğurmuş, öz səliqə-səhmanı ilə seçilmişdir. Ali partiya məktəbində təhsil aldığı illərdə institutun rektoru Danil Quliyev, müəllimlərdən Əzizə Cəfərzadə, Mirzə İbrahinov, Ələşrəf Bayramov, Əli Vəliyevlə, tələbə yoldaşlarından Nürəddin İsmayılov, Teymur Əhmədov, Qəşəm Aslanov, Mayis Əhmədovla və s. ziyalılarla çox yaxın, səmimi dostluq münasibətində olmuşdur. Bu illərdə İsmayıl müəllimin şəxsi dostluq münasibəti saxlayan şəxslərdən biri kimi publisist, tənqidçi, satirik Qulam Məmmədli ilə dostluğunda söz açmaq yerinə düşər. Apardığı tədqiqat işləri ilə əlaqədar tez-tez Göyçəyə səfərlər edən Qulam Məmmədli bizim evdə qonaq olurdu. O, İsmayıl müəllimin iti ağlına, güclü zəkasına heyran idi. Dəfələrlə onu Bakıya dəvət etdi, lakin atam o zamankı Göyçə mühitini, qardaşlarını, tez-tez erməni təzyiqlərinə məruz qalan soydaşlarını qoyub getmədi. Qulam müəllimə deyirdi:- Mən burada daha çox lazımam. Ancaq Qulam müəllim sonra yenə də deyirdi: - İsmayıl, Bakıda daha çox lazımsan; bu mühit bir intellekt-ziyalı üçün çox dardır... Allah atama çox şeylər bəxş etmişdi: yüksək intekllet, eridusiya, güclü məntiq, zəngin bilik, insanpərvər daxili aləm, saf ürək bəxş etmişdi. Onun Bakıda yüksəklərə qalxmaq şansı vardı... İsmayıl müəllimin Türk müdriklərinin xalq təfəkküründə yaradılmış obraz görkəmi vardı: Zəngin daxili aləmilə bərabər ziyalılara məxsus davranışı, işıqlı siması, mavi gözləri nəcib soy-kökündən xəbər verirdi. Ali partiya məktəbini fərqlənmə ilə bitirən vaxtlar İsmayıllı rayonuna maarif şöbəsinə müdir göndərmək təklifini qəbul etməmişdi, Göyçə mahalını, sadə insanları, erməni daşnaqlarının təzyiqi altında yaşayan həmvətənlərini tərk etməmiş, Qərbi Azərbaycana –Göyçə mahalına qayıtmışdır. Çox keçmədən Ağkilsə kəndinə (Aşıq Ələsgərin doğulub yaşadığı kəndə) kolxoz sədri vəzifəsinə təyin olunur. Təbii, erməni rəhbərlərin “gözdən saldısına” baxmayaraq, bu vəzifə məsuliyyətli olsa da, İsmayıl müəllim daha yüksəklərə layiq idi. Bu dövrdə də jurnalist fəaliyyətini davam etdirərək “Sovet Ermənistanı”, ittifaq əhəmiyyətli “Pravda”, “İzvestiya” və s. kimi mətbu orqanlarda samballı və kəsərli məqalələrilə çıxış edir. Daha sonralar Pəmbək, Babacan, Şişqaya kəndlərində sədr kimi fəaliyyət göstərir. Təsərrüfat rəhbəri işləməklə respublika plenumlarında, seminarlarında, rayon partiya büro və iclaslarında özünün yüksək nitq mədəniyyəti, natiq-aratorluq sahəsində də içlədiyi sahələrin bilicisi olduğu özünü açıq aşkar büruzə verirdi. 1972-ci ildə erməni daşnaklarının və erməni xislətli pisliklərin qurduğu qurğu nəticəsində vəzifədən uzaqlaşdırılır. Lakin bu pisliklərə baş əymədən Güney kənd səkkizillik məktəbində sıravi müəllim işlədikdən sonra, bilavasitə təşəbbüs və bacarığı sayəsində məktəbi orta təhsil müəsisənə qaldırırmaqla 15 il həmin məktəbin direktoru vəzifəsində çalışır. Bu illərdə İsmayıl müəllimin yüzlərlə yetirmələri olur ki, onlar ali məktəblərə öz bilikləri ilə daxil olurlar. O, həm də çox səriçtəli pedoqoq idi. 1988-ci ilin dekabrında Göyçə mahalını axırıncı tərk edənlərdən biri də İsmayıl Əliyev olmuşdur. Azərbaycan xalqına ağır bəlalar gətirən ”Qarabağ düyünü” Göyçədən də yan keçmədi, el-oba pərən-pərən düşdü. Sən demə, taledə doğma yurdu itirmək yazısı da varmış!.. Çox çətin günlər yaşandı, İsmayıl müəllim bu illərdə bir sıra mətbu orqanlarda , xüsusilə “Qarabağ”, “Vətən səsi”, “Kəndin səsi”, “Azərbaycan”, “Aydınlıq” və s. kimi müstəqil qəzetlərdə işlədi, erməni yalanlarına qarşı (İsmayıl Hüseyoğlu adı ilə) dəyərli məqalələr yazdı. Erməni məkrini, rus-erməni şovnizmini,onların saxtakarlıqlarını açıb ortaya tökdü. Bu günkü gənsliyə özünüdər üçün tarixi sənədli açmalardır o yazılar. İsmayıl müəllim Erənistandakı mühiti, “Daşnakstyun” və “ Qınçaq” partiyalarının fəallarını, qatı millətçilərini çox gözəl tanıyırdı. “Xilasımız nədədir”, “Göyçə həsrəti-Göyçə niskili” ,”Oxusu sözü”, “Oxucu iradı”, “Təxribatçılığa qarşı nə etməli?”, “Mən kiməm-Azərbaycanlı, yosa Türk”, “ Nədən narahatam”, və s. onlarca məqalə və publisist yazıların müəllifidir. Bu sənədli yazıların hamsında Vətən Azərbaycanın taleyindən narahatlıq və Qərbi Azərbaycanın tarixi yatır! Son durumda Azərbaycan xalqını bu ağır durumdan, Qarabağ kimi dəhşətli düyündən qurtarmaq üçün öz güclü məntiqilə Heydər Əliyevə böyük ehtiyac və zərurət oldğunu deyərək bir sıra məqalələr yazmışdı. Bu fikirlərini “Aydınlıq” qəzetinin redaktoru Babək Hüseyoğluna yazdığı məktubda əks etdirmişdir... Zəngin daxili aləmi, əməllərində və elmində məntiqinə əsaslanmaq, yüksək mənəviyyatı, insanlara xeyirxahlıq və kömək eləmək eşqilə yanan böyük ürəyi vardı İsmayıl Əliyevin! Tanrı ondan heç nəyi əsirgəməmişdi. Çoxlarının həsəd aparacaöı ömrünü şərəflə yaşadı. Altı övlad, on dörd nəvə, iki nəticə babası oldu. Üstəlik də həyat yollarında ermənilərlə, erməni xislətli pisliklərlə mübarizədə ömür-gün yoldaşı Süsənbər xanım daim onun yanında oldu. “Hər güclü kişinin arxasında bir güclü qadın dayanır”-deyiblər. Əlli yeddi il İsmayıl müəllimə ömür-gün yoldaşı kimi dayaq olan Süsənbər xanım kimi xanımlara eşq olsun! Ruhunuz şad olsun, Əziz Ana, Əziz Ata! Geri dön |