Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Böyük Britaniyanın Baş naziri və İran Prezidenti 1979-cu ildən sonra ilk dəfə görüşəcəklər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Böyük Britaniyanın Baş naziri və İran Prezidenti 1979-cu ildən sonra ilk dəfə görüşəcəklər

Böyük Britaniyanın Baş naziri və İran Prezidenti 1979-cu ildən sonra ilk dəfə görüşəcəklər


Böyük Britaniyanın Baş naziri Devid Kemeron və İran Prezidenti Həsən Ruhani Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyaları çərçivəsində ikitərəfli görüş keçirmək niyyətindədirlər. Bu barədə “İnterfaks” çərşənbə axşamı Britaniya kabineti rəhbərinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bu, 1979-cu ildən bəri bu səviyyədə keçirilən ilk Britaniya-İran görüşü olacaq.
Müşahidəçilərin fikrincə, Kemeron İran Prezidentini “İslam Dövləti” (İD) qruplaşmasına qarşı beynəlxalq koalisiyaya qoşulmağın vacibliyinə inandırmağa çalışacaq. Bundan əvvəl İran koalisiyada iştirakdan imtina etmişdi.
Dünən ABŞ dövlət katibi Con Kerri İranın xarici işlər naziri Cəfər Zərif ilə görüşündə İranın İD ilə mübarizədə daha fəal rol oynaya biləcəyini bəyan edib.

Geri dön