Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > İraq və Suriya kürdlərinin Qafqaza köçü gözlənir
İraq və Suriya kürdlərinin Qafqaza köçü gözlənir |
Fərəc Quliyev: "Mümkün olmayan şey yoxdur, hər halda indidən bu istiqamətdə profilaktik tədbirlərin görülməsinin tərəfdarıyam"
İŞİD terrorçuları Suriyanın şimalında strateji cəhətdən mühüm əhəmiyyət daşıyan kürdlər yaşayan şəhərləri ələ keçirməyə başlayıb. Son məlumatlara görə, terrorçu qruplaşması Suriyanın şimalında Türkiyə ilə sərhəddə 60-dan çox kəndi ələ keçirib. Zəbt edilən kəndlərin əksəriyyətində kürdlər yaşayır. Minlərlə dinc sakin terrorçuların hücumu nəticəsində öz evlərini tərk edib. Məlumatlara görə, kürd silahlıları da ərazini tərk ediblər. Türkiyə qaçqınların Suriyadan çıxması üçün sərhədləri açıb. Prosesin belə davam etməsi, İraq və Suriyadan qaçqınların sayının bundan sonra daha kəskin şəkildə arta biləcəyindən xəbər verir. Bu arada ABŞ-da İŞİD-ə qarşı mübarizə aparmaq üçün koalisiya yaratmaqla məşğuldur. Artıq 30 ölkə bu koalisiyaya qoşulub. Bu vəziyyət də yaxın dönəmdə Suriya və İraq ərazisində İŞİD-ə qarşı geniş miqyaslı hərbi əməliyyatların başlanacağını deməyə əsas verir. Deməli, bu fonda həmin ölkələrdən qaçqın ordusunun yeni dalğasının olacağı da labüddür. Nəzərə alsaq ki, İŞİD-lə mübarizə Suriya və İraqda əsasən kürdlərin məskunlaşdığı şimal əyalətlərini bürüyəcək, deməli, yeni qaçqın ordusu da tərkib baxımından əsasən məhz bu millətin nümayəndələrindən ola bilər. Belə bir vəziyyətdə onların bir hissəsinin Türkiyə vasitəsilə Qafqaza gələ biləcəklərini də istisna etmək olmaz. Nəzərə alsaq ki, artıq həmin yerlərdən olan yezidi kürdlərdən Gürcüstan və Ermənistana gələnlər var, belə bir axının yenə də təkrarlana biləcəyi gözləniləndir. Hətta təsdiqlənmiş məlumatlara görə, Ermənistan həmin kürdlərin bir hissəsini yenə də qanunsuzluğa yol verərək, işğal etdikləri Azərbaycan torpaqlarında yerləşdirib. Görəsən, İŞİD-dən qaçan kürdlərin Türkiyədən Cənubi Qafqaza da gəlişi mümkündürmü? Millət vəkili Fərəc Quliyev bunun mümkün olduğunu desə də, Azərbaycanın indidən prosesə etiraz səsini qaldırmalı olduğunu da söylədi: "Mümkün olmayan bir şey yoxdur. Amma hər halda indidən bu istiqamətdə profilaktik tədbirlərin görülməsinin tərəfdarıyam. Mütləq xəbərdarlıq etməliyik ki, işğal olunmuş ərazilərimizdə xaricdən gələn kürdlər, ermənilər və bu tipli digər miqrantlar yerləşdirilməsin. Çünki, onlar gələcəkdə, Azərbaycan torpaqları azad edildikdən sonra, onsuz da oradan çıxarılacaq. Bu fonda istəmirik ki, gələcək üçün bir problem bombası basdıraq ki, nə vaxtsa o partlasın. Burada Suriya və İraqda cərəyan edən bu proseslər fonunda kürdlərə o da aydın oldu ki, Türkiyə dövlətinin himayəsi olmadan kürdlər rahat yaşaya bilməzlər. Bəzi etnoslar türk etnosunun yanında rahat bir həyat yaşayır. Türk etnosu da öz əməlləri ilə sübut edir ki, onlar mədəniyyətlərin rəngarəngliyinin tərəfdarıdır, etnosların birgə inkişafında maraqlıdırlar. Amma bunun müqabilində bəzən təpki ilə qarşılanırlar. Necə ki, PKK türklərə qarşı terror edir, o cümlədən, ermənilər Vətənimizdə Azərbaycana qarşı dönüklük nümayiş etdirdi. Amma zaman və tarix göstərir ki, kiçik etnoslar ancaq böyük etnosun yanında sakit və rahat yaşaya bilir. Bu onlara dərs oldu. Hazırda müvəqqəti olaraq, Türkiyə Suriya və İraqdan gələn kürdləri himayə edə bilər. Lakin bu etnosun Türkiyə üzərindən Azərbaycana gəlişinin qarşısı tamamilə alınmalıdır. 1828-ci ildən sonra İran adlanan ərazi və Türkiyədən çoxsaylı erməni Azərbaycan ərazisinə köçürüldü. Nəticəsə sonradan Azərbaycan üçün də böyük problemlər yarandı. Hesab edirəm ki, gələcəkdə bu kimi problemlərin olmaması üçün dövlət səviyyəsində indidən ciddi şəkildə prosesə etirazlarımızı bildirməliyik". Rüfət NADİROĞLU Geri dön |