Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İqtisadiyyat > XIN-in Mətbuat xidmətinin rəhbəri v.i.e Hikmət Hacıyevin açıqlaması
XIN-in Mətbuat xidmətinin rəhbəri v.i.e Hikmət Hacıyevin açıqlaması |
Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri ilə bağlı ölkəmizin Çexiyadakı səfirliyinin notasına Çexiya Xarici İşlər Nazirliyi cavab verib. Bu barədə XİN-in mətbuat xidməti məlumat verir.
Notada Çexiyanın Xarici İşlər Nazirliyi Azərbaycanın ərazi bütövlüyü prinsipini tam dəstəklədiyini təsdiq edir və Dağlıq Qarabağda xarici qurumların biznes fəaliyyətinə qadağa qoyulmasına dair Azərbaycanın mövqeyi ilə bölüşdüyünü bildirir. Çexiyanın Xarici İşlər Nazirliyi "GENOSERVİCE Corp., Ltd." şirkətinin Dağlıq Qarabağdakı fəaliyyəti ilə əlaqəli olmadığını bəyan edir və Azərbaycan tərəfini əmin edir ki, "GENOSERVİCE Corp., Ltd."şirkətinin layihələrinin Çexiyanın dövlət təsisatları olan İxrac Bankı, İxrac Zəmanəti və Sığorta Korporasiyası vasitəsilə maliyyələşdirilməsinin və sığortalanmasının qarşısı alınacaqdır. Geri dön |