Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > SOCAR Turkey Enerji- Türkiyənin neft-kimya kompleksindəki aktivlərini birləşdirib
SOCAR Turkey Enerji- Türkiyənin neft-kimya kompleksindəki aktivlərini birləşdirib |
"SOCAR Turkey Enerji" "Petkim" neft-kimya kompleksində iştirak çərçivəsində "SOCAR İzmir Petrokimya" ilə aktivləri birləşdirib. Bu barədə Türkiyənin İctimaiyyəti Məlumatlandırma üzrə Dövlət İdarəsi (Kamuoyunu Aydınlatma Platformu - KAP) məlumat verir.
Nəticədə "SOCAR Turkey Enerji"nin kompleksdə iştirak payı 61,32 faiz təşkil edib. "SOCAR İzmir Petrokimya" 10,32 faizlik iştirak payına sahib olub. Məlumata görə, "SOCAR Turkey Enerji" və törəmə şirkəti "SOCAR İzmir Petrokimya"nın birləşmə prosesi sentyabrın 22-də baş tutub. Neft-kimya kompleksinin səhmlərinin 38,67 faizi hələ də İstanbul Fond Birjasında sərbəst tədavüldədir. Geri dön |