Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fransa parlamentinin üzvü: “Fransanın özünü beynəlxalq prokuror rolunda görməsi düzgün deyil”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Fransa parlamentinin üzvü: “Fransanın özünü beynəlxalq prokuror rolunda görməsi düzgün deyil”

Fransa parlamentinin üzvü: “Fransanın özünü beynəlxalq prokuror rolunda görməsi düzgün deyil”


Fransa Milli Assambleyasında Fransa-Türkiyə dostluq qrupunun vitse-prezidenti Jan-Filip Morer uydurma “erməni soyqırımı” da daxil olmaqla Fransa qanunvericiliyi tərəfindən tanınan soyqırımların mövcudluğunu inkar edənlərə qarşı cəza nəzərdə tutan qanun layihəsinin əleyhinə səs verəcəyini bildirib.

APA-nın Avropa bürosunun məlumatına görə, fransalı deputat bunu öz internet səhifəsində bəyan edib. O bildirib ki, qanunverici hakimiyyətin tarixi məsələlərə qarışmasına son qoyulmalıdır: “Fransanın özünü beynəlxalq prokuror rolunda görməsi düzgün deyil. Fransa aid olmadığı, iştirak etmədiyi tarixi hadisələri nəzərdən keçirməyə rəsmi şəkildə davam edir. Bu qanun layihəsi də tarixə müdaxilə istiqamətində növbəti addımdır. Fransa bu addıma gedirsə, öz keçmişi haqda da sorğu-sual edilməkdən təəccüblənməməlidir. Bundan başqa, hesab etmirəm ki, bu sənədin qəbulu Ermənistanla Türkiyə arasındakı barış prosesini asanlaşdıra bilsin. Tarixdəki bütün qurbanların, o cümlədən də erməni xalqının acılarını bölüşməyimiz üçün bizə heç nə mane olmur. Məhz buna görə də mən bu sənədin lehinə səs verməyəcəyəm”.

Geri dön