Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda neft-qaz ehtiyatlarının məlumatlarından istifadə ilə bağlı beynəlxalq konfrans keçirilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Bakıda neft-qaz ehtiyatlarının məlumatlarından istifadə ilə bağlı beynəlxalq konfrans keçirilir

Bakıda neft-qaz ehtiyatlarının məlumatlarından istifadə ilə bağlı beynəlxalq konfrans keçirilir


Bu gün Bakıda neft-qaz ehtiyatlarının işlənilməsinin nəticəsi olan məlumatların istifadə olunması, ötürülməsi və ümumiyyətlə idarə olunmasına həsr edilmiş növbəti NDR (National Data Repository – Milli Məlumatlar Bankı) beynəlxalq konfrans öz işinə başlayıb.

konfransda çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib ki, prezidentin təsdiq etdiyi neft-qaz, mədən məlumatlar bazasının elektron rəqəmsal hala salınması ilə bağlı proqrama uyğun olaraq, 2008-ci ildən bu işə başlanılıb. Onun sözlərinə görə, Azərbaycanda 1848-ci ildən neft hasil olunur: “1848-ci ildən başlayaram hər bir quyunun kəşfiyyat, axtarış və təmirlə bağlı məlumatlar hər gün yazılır. Bu məlumatlar müxtəlif yerlərdə, müxtəlif kağızlar üzərində, müxtəlif otaqlar və idarələrdə saxlanılır. İndi məqsəd həmin məlumatları vahid bir məkanda rəqəmsal halda yığılıb saxlanılmasıdır”.

X. Məmmədov bildirib ki, bu çox dövlət əhəmiyyətli bir işdir və xeyli vaxt tələb edir: “Bu yalnız neft-qaz mədənlərinə aid deyil. Ümumiyyətlə məlumatların idarəedilməsi milli bir məsələdir. Bu gün Azərbaycanda 44 600-dən quyu var. Hər bir quyunun gündəlik məlumatlarını bura daxil edilərsə, bu 20-25 ilə yaxın müddət aparacaq”.

ARDNŞ rəsmisi qeyd edib ki, ötən 6 il ərzində yığılan məlumatlar bunu daha tez müddət həyata keçirməyə imkan verəcək: “Bu məlumatlar ictimaiyyət üçün açıq məlumatlar deyil Bağlı məlumatlar isə müstəsna insanlar üçün açıqdır. Hər bir dövlətin məlumat bazası milli məlumat bazası və milli dəyəridir”.

NDR14 beynəlxalq konfransında 40-a taxın ölkədən 200-dək nümayəndə iştirak edir. Konfrans 4 gün davam edəcək.

Geri dön