Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Barak Obama: İŞİD Əsəd rejimindən daha təhlükəlidir
Barak Obama: İŞİD Əsəd rejimindən daha təhlükəlidir |
Bəşər Əsədin rəhbərliyi altında Suriyada sabitliyi təmin edə bilmərik.
Əgər Suriyanın bütövlüyünü istəyiriksə, bu halda Əsəd hakimiyyətinin davam etməsi mümkün deyil. Bunu ABŞ prezidenti Barak Obama “CBS” telekanalında yayımlanan “60 minutes” proqramına müsahibəsində deyib. Həm Əsəd rejiminə, həm də İŞİD-ə qarşı savaşın çətin olduğunu deyən B. Obama İŞİD-in Əsəddən daha təhlükəli olduğunu vurğulayıb: “ABŞ ordusu İraq və Əfqanıstanda olduğu kimi İŞİD-lə mübarizəyə qoşulmayacaq. Bu, Amerikanın İŞİD-ə qarşı savaşı deyil. Bu, Amerikanın təhlükəsizlik ortağımız olan bir ölkəyə kömək etmək üçün beynəlxalq ictimaiyyəti səfərbər etməsidir. Bölgədə siyasi sabitlik və əmin-amanlıq bir gecədə əldə oluna bilməz, bunun üçün xeyli vaxt lazımdır”. B. Obama Qərbin İslamla mübarizə aparmadığını qeyd edib. “İslam sülh dinidir və müsəlmanların çoxu sülhsevər insanlardır. Ancaq indi müsəlman dünyasında fərqli bir tanrıya ibadət edən, günahsız insanların öldürülməsində qəbahət görməyən və uzun müddətdir böyüyən bir xərçəng var. Müsəlman ölkələri liderlərinin “bunlar bizi və İslam dinini təmsil etmir” bəyanatı vermələrini, habelə bu cür qruplaşmalara qarşı sərt mövqe sərgiləməsini təmin etməliyik”, - deyə o vurğulayıb. B. Obama həmçinin ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Ceyms Klapperin “ABŞ kəşfiyyat orqanları İŞİD-dən gələn təhlükəni vaxtında düzgün dəyərləndirməyiblər və İraq ordusunun bu qruplaşmaya qarşı mübarizə imkanlarını yüksək qiymətləndiriblər” fikri ilə razı olduğunu bildirib. Geri dön |