Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Zakir Qaralov: Prokurorluq orqanlarının istənilən əməkdaşı nöqsanlara yol verdikdə, o şəxs barəsində tədbir görülür
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Zakir Qaralov: Prokurorluq orqanlarının istənilən əməkdaşı nöqsanlara yol verdikdə, o şəxs barəsində tədbir görülür

Zakir Qaralov: Prokurorluq orqanlarının istənilən əməkdaşı nöqsanlara yol verdikdə, o şəxs barəsində tədbir görülür


Baş prokuror Zakir Qaralov Nərimanov rayon prokurorunun, prokuror müavininin və köməkçisinin cinayət məsuliyyətinə cəlb edilməsinə münasibət bildirib.

Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib ki, bu, Baş Prokurorluğun ilk qərarı deyil: “Prokurorluq orqanlarının istənilən əməkdaşı cinayət işinin istintaqında və şikayət ərizələrinin obyektiv baxılmasında nöqsanlara yol verdikdə, o şəxs barəsində tədbir görülür. Həmin işlə bağlı bir cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyev, digər cinayət işi isə həmin şəxslər barəsindədir. Hər iki cinayət işi barəsində cinayət məsuliyyəti aparılan istintaqın nəticəsindən məlum olacaq” .

Geri dön