Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Türk əsgərlərinin İŞİD tərəfindən girov götürüldüyü deyilir
Türk əsgərlərinin İŞİD tərəfindən girov götürüldüyü deyilir |
Türkiyə əsgərlərinin İŞİD (İraq və Şam İslam Dövləti) terrorçuları tərəfindən girov götürülmsi barədə səslənən iddialar ölkə parlamentində də müzakirə edilib.
Cümhuriyyət Xalq Partiyasından millət vəkili seçilən Sezgin Tanrıkulu, xarici mətbuatda yer alan iddialarla bağlı hökümətdən izahat istəyib: "Ümid edirəm ki, bu müzakirə mövzusu deyil. Süleyman Şah Türbəsi (Suriya ərazisində yerləşən bu türbə Türkiyəyə məxsusdur -red. ) 25 əsgərlə qorunacaq bir yer deyil. Ümid edirəm yeni bir girov böhranı olmaz". Daha sonra müxalifətçi millət vəkili İŞİD-in Türkiyə tərəfindən terror təşkilatı kimi tanınmanasına diqqət çəkərək qruplaşmanın ölkə ərazisindən logistika mərkəzi kimi faydalandığını bildrib. Qeyd edək ki, bundan öncə ABŞ-ın (Amerika Birləşmiş Ştatları) nüfuzlu “Vaşinqton Post” qəzeti Türkiyə-Suriya sərhədində davam edən müqaşiə ilə bağlı maraqlı iddia ortaya atıb. Qəzetin məlumatına görə, orada Süleyman Şah türbəsini qoruyan türk əsgərləri İŞİD silahlıları tərəfindən girov götürülüb. Hadisənin təfərrüfatları ilə bağlı digər açıqlama verməyən müxbir son günlərdə Suriya münaqişəsinin məhz buna görə, yəni İŞİD silahlılarının Türkiyə ərazisinə hücum etməsi ilə bağlı gərginləşdiyini iddia edir. Rəsmi Ankaradan isə bu xəbərə həlilk reaksiya yoxdur. Geri dön |