Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: - Dağlıq Qarabağda yaşayan ermənilər girov vəziyyətindədir.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: - Dağlıq Qarabağda yaşayan ermənilər girov vəziyyətindədir.

Fərəc Quliyev: - Dağlıq Qarabağda yaşayan ermənilər girov vəziyyətindədir.


“Hazırki şəraitdə Ermənistan faktiki olaraq işğal altında olan torpaqlarımıza nəzarət edir. Ona görə də nəzarətdə saxlayır. Ona görə də hər vəchlə indiki status-kvonun qorunmasına çalışır”. Bu fikirləri SİA-ya Milli Dirçəliş Partiyasının sədri, millət vəkili Fərəc Quliyev erməni tərəfinin Dağlıq Qarabağın statusunun müəyyənləşməsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.“Erməni tərəfi işğalda saxladığı ərazilərin Azərbaycanın nəzarətində olmasını istəmir. Çünki ermənilər işğalda saxladığı ərazilərimizdən narkotranzit, kimyəvi tullantıları basdırılması, terror qruplarının hazırlanması üçün istifadə edir. Ona görə də hazırki status-kvonun saxlanmasında maraqlıdır, - F.Quliyev bildirib. Millət vəkili deyib ki, ermənilər bütün danışıqlarda, hətta ATƏT-in Minsk qrupu tərəfindən onlara sərf edən variantlar təklif edilən zaman belə məyyən bəhanələ vəziyyətdən çıxmağa, status-kvonun saxlanmasına çalışır: “Beynəlxalq ictimaiyyətin məsələnin üzərinə gəlməsi, Rusiyanın münaqişəyə münasibətinin dəyişməsi, Azərbaycanın münaqişəni hərb yolu ilə həllinin iqtidarında və istəyində olmasını görən ermənilər belə cığal addımlar atmağa başlayıblar. Beynəlxalq aləmi aldatmağa və yeni-yeni “şüar”larla çıxış etməyə başlayıblar”.“ATƏT-in Minsk qrupunun fəaliyyətindən öncə, ATƏT-in ilkin missiyası başlayanda belə bir məsələ qoyulmuşdu ki, Dağlıq Qarabağın ətrafındakı rayonlar boşaldılmayana qədər, Dağlıq Qarabağın statusu haqqında danışmaq olmaz. Bu ATƏT-in ilkin missiyasında olan bir məsələdir və qüvvədədir. Ona görə ermənilərin dediyi bu məsələlər cəfəngiyyatdır. Azərbaycan tərəfinin beynəlxalq konvensiyalara uyğun mövqeyi var və bütün qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına qayıtmalı, Ermənistanın işğalçı ordusu Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidir. Hesab edirik ki, Dağlıq Qarabağda yaşayan ermənilərin özləri belə girov vəziyyətindədir. Yəni onların da hüquqları pozulub. Ondan sonra bütün bu əhali Azərbaycan konstitusiyasına uyğun olaraq bu məsələlərin həllinə çalışmalıdır. Ona görə də ermənilərin dediyi bu məsələlərin heç bir əsası yoxdur”, - F.Quliyev vurğulayıb.

sia.az

Geri dön