Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan, Hərb > Mehmetçik İŞİD-ə qarşı
Mehmetçik İŞİD-ə qarşı |
Böyük Millət Məclisində Qanunvericilərin 298-i leyhinə səs versə də ,98 deputat isə, qanunu rədd edib.Türkiyənin Suriya və İraqa müdaxiləsinə qarşı çıxanlar arasında Cümhuriyyət Xalq Partiyası və Xalqların Demokratik Partiyası da olub. Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu hökumətin sonu bəlli olmayan macəra axtarışnda olduğunu deyərək qanun layihəsinə qarşı etiraz edib. Türkiyə silahlı qüvvələri isə ölkənin milli təhlükəsizliyinə qarşı təhdid ünsürlərinin olacağı təqdirdə Suriya və İraqa daxil olacaq.
Türkiyə ərazisində yerləşən Süleyman Şah türbəsinin İŞİD təhlükəsi altında olduğunu deyən müdafiə naziri İsmət Yılmaz Parlamentdə çıxışı zamanı bu problemi Türkiyənin Milli Təhlükəsizlik məsələsi adlandırıb. Onun sözlərinə görə hökumət bu təhlükənin aradan qaldırlması üçün heç bir tərəddüd göstərməyəcək. İŞİD hazırda Türkiyə ilə Suriya sərhədində 3 sərhəd-keçid məntəqəsinə nəzarət edir. Amerika hökuməti isə Türkiyənin İŞİD-ə qarşı mübarizəyə qoşulmasını alqışlayır. ABŞ Dövlət Departamentinin mətbuat katibi Cen Psaki Türkiyə Böyük Millət Məclisinin İŞİD-ə müdaxiləyə dair qanun layihəsini təsdiqləməsinə münasibət bildirib. “Türkiyə terrorizmə qarşı mübarizədə vacib tərəfdaş və vacib NATO müttəfiqidir. Türk diplomatlarının bir müddət əvvəl girov düşməsi ilə əlaqədar Türkiyə hökumətinin nümayiş etdirdiyi həssaslığı anlayırıq. Bu gün isə onlar artıq Anti-İŞİD əməliyyatlarında fəal tərəfdaş olmağa qərar verdilər” . Türkiyə Parlamentinin qəbul etdiyi qanuna əsasən, silahlı qüvvələr İŞİD-lə mübarizədə Suriya və İraq sərhədlərinə müdaxilə edə biləcəklər. Geri dön |