Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Hesablama Palatası Nazirlər Kabinetinə əmək pensiyaları ilə bağlı təklif təqdim edib
Hesablama Palatası Nazirlər Kabinetinə əmək pensiyaları ilə bağlı təklif təqdim edib |
Hesablama Palatası Nazirlər Kabinetinə əmək pensiyasları ilə bağlı təklif təqdim edib.
Hesablama Palatasının Nazirlər Kabinetinə müraciətində qeyd edilib ki, “Əmək pensiyaları haqqında” qanunun 18.2-ci və 18.3-cü maddələri əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvləri arasında bölünməsini tənzimləyir. Qanunun 14.1-ci maddəsi ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan şəxsləri müəyyən edir. Həmin maddədə göstərilmiş şəxslərdən bir qismi (15-18 yaş arası övladlar, ən çoxu 23 yaşına çatanadək təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, 8 yaşına çatmamış şəxslərə baxanlar) əmək qabiliyyətli şəxslərdir. Qanunun 18.2-ci və 18.3-cü maddələrində isə yalnız əmək qabiliyyəti olmayan ailə üzvləri qeyd edilir. Hesablama Palatasının apardığı nəzarət tədbirləri zamanı da müəyyən edilmişdir ki, ailə başçısını itirməyə görə əmək pensiyası qanunun 14.1-ci maddəsində qeyd edilən şəxslərə məhdudiyyətsiz verilir. Göstərilənləri nəzərə alaraq Hesablama Palatası qanunun 18.2-ci və 18.3-cü maddələrində “əmək qabiliyyəti olmayan ailə üzvlərinin” sözlərinin “Qanunun 14.1-ci maddəsinə əsasən pensiya hüququ olan ailə üzvlərinin” sözləri ilə əvəz edilməsini məqsədəuyğun sayıb. Geri dön |