Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Sentyabrda Ermənistan Ordusu cəbhə xəttində atəşkəs rejimini 103 dəfə pozub
Sentyabrda Ermənistan Ordusu cəbhə xəttində atəşkəs rejimini 103 dəfə pozub |
Cari ilin sentyabr ayında Ermənistan Ordusunun bölmələri tərəfindən cəbhə xəttində atəşkəs rejimi 103 dəfə pozulub.
APA-ın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, ötən ay atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 2 hərbçisi şəhid olub. Ötən ay cəbhədə ən çox atəşkəs pozuntusu Ağdam rayonu istiqamətində qeydə alınıb. Qeyd olunan istiqamətdə 39 dəfə atəşkəsin pozulması baş verib. Sentyabrda Qarabağ cəbhəsi üzrə - Goranboy rayonu istiqamətində 16, Xocavənd rayonu istiqamətində 16, Füzuli rayonu istiqamətində 12, Tərtər rayonu istiqamətində 7, Cəbrayıl rayonu istiqamətində 6, Göygöl rayonu istiqamətində 1 dəfə atəşkəs pozulması faktı qeydə alınıb. Ermənistan-Azərbaycan dövlət sərhədində isə Tovuz istiqamətində 4, Qazax rayonu istiqamətində 2 dəfə atəşkəs pozuntusu faktı baş verib. Geri dön |