Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > İstanbulda Xocalıya Ədalət beynəlxalq kampaniyasının koordinatorlarının toplantısı keçirilib
İstanbulda Xocalıya Ədalət beynəlxalq kampaniyasının koordinatorlarının toplantısı keçirilib |
Oktyabrın 10-da İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun İstanbulda keçirilən II Baş Assambleyası çərçivəsində forumunun mədəniyyətlərarsı dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” beynəlxalq kampaniyasının növbəti təqdimat mərasimi və milli koordinatorlarının toplantısı keçirilib.
“Xocalıya Ədalət” beynəlxalq kampaniyasının Baş Assambleyada iştirak edən müxtəlif ölkələrdən gəlmiş milli koordinatorlarının iştirakı ilə Baş Assambleya iştirakçıları və İƏT-in müxtəlif üzv ölkələrini təmsil edən təşkilatların üzvləri üçün kampaniya haqqında geniş təqdimat mərasimi təşkil olunub. Mərasimdə ilk olaraq “Xocalıya Ədalət” kampaniyası haqda informativ film nümayiş olunub, filmdən sonra keçən illər ərzində kampaniyanın fəaliyyətlərini əks etdirən geniş təqdimat keçirilib. Təqdimat zamanı İƏT Gənclər Forumunun beynəlxalq ədalətə çağırış layihələri, bu layihələrin dünyada müsəlmanlara qarşı baş vermiş, insanlığa zidd cinayətlər haqda məlumatların dünya ictimaiyyətinə çatdırılması, hüquqi qiymət verilməsi sahəsində əhəmiyyətindən danışılıb, “Xocalıya Ədalət” kampaniyası zamanı əldə edilən uğurların bu baxımdan önəm daşıdığı vuğulanıb. Tədbirdə çıxış edən “Xocalıya Ədalət” beynəlxalq kampaniyasının koordinatorları öz ölkələrində bu kampaniya çərçivəsində həyata keçirdikləri işlərdən, təcrübələrindən bəhs edərək kampaniyanın islam həmrəyliyi baxımından əhəmiyyət kəsb etdiyini bildiriblər. Daha sonra “Xocalıya Ədalət” kampaniyasının milli koordinatorları Baş Assambleyada iştirak edən nümayəndə heyətlərinə müraciət edərək kampaniyaya qoşulmağa və öz ölkələrində bu kampaniya çərçivəsində Xocalı qətliamı haqda məlumatların daha geniş çatdırılması və hüquqi qiymət verilməsi istiqamətində birgə fəaliyyət göstərilməsinə çağırıblar. İştirakçılar bu çağırışa müsbət yanaşaraq hər biri öz ölkəsində “Xocalıya Ədalət” kampaniyasının milli koordinatorluqlarının yaradılması və fəaliyyətlərinin əlaqələndirməsi haqda ümumi qərar qəbul ediblər. Kampaniyanın işinin daha uğurlu təşkili məqsədilə əlaqələndirmə işinin qurulması ilə bağlı qısa seminar da keçirilib. Xatırladaq ki, “Xocalıya ədalət” beynəlxalq məlumat kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti və Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə Şuşanın işğalı günü - 8 may 2008-ci ildə irəli sürülüb. Hazırda faciənin mənəvi və siyasi-hüquqi tanınmasına yönəlmiş bu kampaniya dünyanın 35-dən çox ölkəsində uğurla həyata keçirilir. Geri dön |