Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda çox yeni avtobuslar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Bakıda çox yeni avtobuslar

Bakıda çox yeni avtobuslar


Bu avtobuslara nə benzin, nə də dizel yanacağı lazım gələcək
Türkiyənin "Bozankaya" şirkəti Almaniyanın Hannover şəhərində təşkil olunan sərgisində yeni avtobus markasını təqdim edib.

"E-bus" adlanan və elektriklə işləyən avtobus sərgi iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.

Relslərin üstündə hərəkət edən avtobuslara bir çox ölkələr maraq göstərdiyi deyilir. Türkiyə şirkətindən verilən açıqlamada bildirilib ki, Almaniyanın bir çox bələdiyyələri, Şimali Avropa ölkələri, İsveçrə, İran və Azərbaycandan "E-Bus"lara sifarişlər gəlib.

Qeyd edək ki, bir qədər yayılan məlumatda Azərbaycana Fransadan avtobusların gətiriləcəyi bildirilirdi.

Fransanın "İveco Bus" şirkətindən "Crealis" markalı 151 yeni avtobusun 2015-ci ildə Bakıda Birinci Avropa Oyunları üçün gətiriləcəyi bildirilirdi.

Artıq bununla bağlı Bakı şəhər İcra Hakimiyyəti ilə "İveco Frans" şirkəti arasında dəyəri 50 mln. avro təşkil edən müqavilə imzalanıb.

Bütün avtobuslar Fransanın Annone şəhərində “İveco Bus” fabrikində hazırlanacaq və Burbon-Lansi şəhərində istehsal edilmiş “Iveco Cursor 8 CNG” mühərriki ilə təchiz ediləcək. Avtomobillərin mühərriklərinin texnologiyaları “Avro-4” standartlarına cavab verir.

Geri dön