Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nazirlik ünvanlı sosial yardımla bağlı yeni statistika yaydı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Nazirlik ünvanlı sosial yardımla bağlı yeni statistika yaydı

Nazirlik ünvanlı sosial yardımla bağlı yeni statistika yaydı


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsi oktyabrın 13-də rəsmi məlumat yayıb. Qeyd olunur ki, 1 oktyabr tarixinə ölkədə 112 092 ailəyə (491 409 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı təyin olunub və bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,1 faiz (23107 ailə) azdır.

Rəsmi açıqlamaya görə, ünvanlı sosial yardımların bir ailəyə düşən orta aylıq məbləği 129,82 manatdan 137,67 manata yüksəlib: “Hazırda ünvanlı dövlət sosial yardımı alan ailələrin 33935-i tərkibində 3 və daha çox uşağı olan ailələrdir. Yardımla təmin olunan ailələrdə yaşı 18-dək ailə üzvlərinin sayı 247 879 nəfər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 5709 nəfər, 1 yaşadək ailə üzvlərinin sayı 4982 nəfər təşkil edir”.

Geri dön