Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > FHN 2014-cü ilin I yarısında Azərbaycanda baş verən fövqəladə hadisələrin statistikasını açıqlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > FHN 2014-cü ilin I yarısında Azərbaycanda baş verən fövqəladə hadisələrin statistikasını açıqlayıb

FHN 2014-cü ilin I yarısında Azərbaycanda baş verən fövqəladə hadisələrin statistikasını açıqlayıb


Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) 2014-cü ilin I yarısında respublikada baş verən fövqəladə hadisələrin statistikasını açıqlayıb.

FHN-dən verilən məlumata görə, 2014-cü ilin I yarısında respublika ərazisində 19 partlayış hadisəsi baş verib ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 hadisə və ya 19% çoxdur. Partlayışlar zamanı 5 nəfər həlak olub, 32 nəfər xəsarət alıb.

Hesabat dövründə baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 4749 çıxış edilib. Yanğın hadisələri zamanı 31 nəfər həlak olub, 60 nəfər xəsarət alıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanların sayı 4 nəfər və ya 11% az, xəsarət alanların sayı isə 16 nəfər və ya 36% çoxdur.

2014-cü ilin I yarımili ərzində respublika ərazisində 4845 təbii və texnogen mənşəli hadisə baş verib. Bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 1021 hadisə və ya 27% çoxdur.

Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 38 nəfər həlak olub, 93 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 7 nəfər xilas edilib, 15 nəfər təxliyə olunub.

Geri dön