Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Gələn ilin səhiyyə xərcləri 777,7 milyon manat təşkil edəcək
Gələn ilin səhiyyə xərcləri 777,7 milyon manat təşkil edəcək |
2015-ci ildə səhiyyənin maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 2014-cü illə müqayisədə 0,1 faiz-bənd artaraq 3,7 faiz olacaq.
Maliyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, səhiyyə xərcləri üçün 2015-ci ilin dövlət büdcəsində 777,7 milyon manat, 2014-cü illə müqayisədə 52,1 milyon manat və yaxud 7,2 faiz, 2013-cü ilin faktiki icra göstəricisinə nisbətən 158,7 milyon manat və ya 25,6 faiz çox vəsait ayrılıb. Dövlət vəsaitlərinin idarə edilməsində səmərəliliyin daha da artırılması və xərclərin məqsədyönlüyünün təmin edilməsi üçün 2015-ci ildən başlayaraq rayon və şəhərlərin yerli xərclərində nəzərdə tutulan dərman, sarğı ləvazimatlarının və materiallarının alınması xərci dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Səhiyyə” xərcləri bölməsində Səhiyyə Nazirliyinin xərclərində proqnozlaşdırılıb. 2015-ci ilin dövlət büdcəsində dərman, sarğı ləvazimatları və materiallarının alınması xərc maddəsi üzrə proqnozlaşdırılmış 209,3 milyon manat vəsait 2014-cü illə müqayisədə 32,4 milyon manat və ya 18,3 faiz çoxdur. Geri dön |