Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Ölkəmizə daxil olan məhsulların ciddi yoxlanılması vacibdir.
Ölkəmizə daxil olan məhsulların ciddi yoxlanılması vacibdir. |
Fərəc Quliyev: “Bu qədər dərman preparatı satışdan çıxarılırsa, deməli, ciddi yoxlama aparılıb və ona uyğun da tədbir görülüb”
Məlumat verildiyi kimi, bu günlərdə Səhiyyə Nazirliyi 341 ədəd dərman növünün satışını dayandırıb. Nazirliki bu dərmanların satışının qanunsuz olduğunu bildirib. O da qeyd edilir ki, bu preparatlar Səhiyyə Nazirliyinin analitik ekpertiza mərkəzi əməkdaşlarının araşdırmaları nəticəsində aşkar olunub və onların laborator müayinədən keçmədiyi bəlli olub. Qeyd edək ki, satışdan çıxarılan dərmanlar əsasən Rusiya, Belarus, Türkiyə, Macarıstan, Ukrayna, Polşa, Rumıniya, Avstriya və Yunanıstan istehsalıdır. Maraqlıdır, görəsən, belə dərmanlar necə olur satışa çıxarılır? Digər tərəfdən, insan sağlamlığı üçün həmin dərmanlar hansı təhdidlər yarada bilər? İxtisasca həkim olan millət vəkili Fərəc Quliyev qeyd etdi ki, 341 adda dərman preparatının satışdan çıxarılması bu istiqamətdə ciddi yoxlamaların aparıldığını göstərir: "Bu qədər dərman preparatı müayinədən keçməyərək, satışdan çıxarılırsa, deməli, ciddi yoxlama aparılıb və ona uyğun olaraq da ciddi tədbir görülüb. Elə məhsullar var ki, onun ölkəyə gəlməsilə hamı ondan istifadə edir. Bu mənada həmin məhsulların ciddi yoxlanılması vacibdir. Ona görə də Səhiyyə Nazirliyinin bu istiqamətdə atdığı addımlar doğru yanaşmadır. Konkret olaraq satışdan çıxarılan dərmanlarla tanış olmadığımdan, onların hansının nə dərəcədə insan orqanizminə təhdid yarada biləcəyi haqda da bir söz deyə bilmərəm”. Rüfət NADİROĞLU movqe.az Geri dön |