Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qazaxıstan və Əfqanıstan Bakı-Tiflis-Qars layihəsində iştirak etmək istədiyini açıqlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Qazaxıstan və Əfqanıstan Bakı-Tiflis-Qars layihəsində iştirak etmək istədiyini açıqlayıb

Qazaxıstan və Əfqanıstan Bakı-Tiflis-Qars layihəsində iştirak etmək istədiyini açıqlayıb


“Bu gün Qazaxıstan və Əfqanıstan Bakı-Tiflis-Qars (BTQ) layihəsində iştirak etmək istədiyini açıqlayıb”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan dəfələrlə bu layihənin başqa ölkələr üçün də açıq olduğunu bildirib.

Qeyd edək ki, bu layihə 2007-ci ilin fevralın 7-də Tiflis şəhərində “Bakı-Tiflis-Qars” dəmir yolu xətti haqqında” hökumətlərarası sazişin imzalanmasından sonra başlanılıb. Layihə üzrə Türkiyə ərazisində 75,6 km sahənin tikintisi, Gürcüstanda 183 km-lik sahənin tikinti və rekonstruksiyası, Türkiyə Gürcüstan sərhədində isə 4.5 km uzunluğunda tunelin tikintisi aparılır.

Eyni zamanda Azərbaycan dəmir yolunun Bakı-Gürcüstan sərhədi istiqamətində 347 km dəmir yolu örtüyü yenidən qoyulmuşdur, Kür çayı üzərində yeni Poylu körpüsü inşa edilib, enerji və rabitə sisteminin tam dəyişdirilməsi, yeni lokomotiv və vaqonların alınmas, mərkəzi dispetçer idarəetmə sisteminin yaradılması istiqamətində işlər aparılır. Gürcüstan Ərazisində işlər Azərbaycan dövlətinin ayırdığı 775 milyon ABŞ dolları məbləğində güzəştli kredit hesabına maliyyələşdirilir.

2014-cü ilin sonunda artıq ilk sınaq qatarı xəttə buraxılacaq. Layihə tam olaraq 2015-ci ildə yekunlaşacaq.

Geri dön