Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: *Ölkəmizdə siyasi məhbus yoxdur* MÜNASİBƏT
Fərəc Quliyev: *Ölkəmizdə siyasi məhbus yoxdur* MÜNASİBƏT |
“Milli Şura” hansı tələblərlə mitinq keçirir? Azərbaycanda insan haqları ilə bağlı saxta pozuntular adı altında meydana çıxanlar özləri yaxşı bilir ki, yanılırlar. Çünki ölkəmizdə siyasi məhbus yoxdur”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının (MDH) sədri, millət vəkili Fərəc Quliyev deyib.
Millət vəkili qeyd edib ki, qanun qarşısında hər kəs bərabərdir və etdiyi əmələ görə mütləq şəkildə məsuliyyət daşımalıdır: “Araşdırmalar gedir, məhkəmə qərarına görə isə heç kim cinayətkar adlandırılmayıb. Amma konkret olaraq bəzi adamlar vətənə xəyanətdə ittiham olunurlar. Ortada ciddi faktlar var. Azərbaycan ordusunun dislokasiya məsələsi ilə bağlı açıqlamalar verilib ki, bu da qanunaziddir. Müharibə şəraitində olan hər hansı bir ölkə üçün bunu edən şəxslər ən ağır cəzaya layiqdir. Dünyanın bir sıra ölkələrində müəyyən qarşıdurmaların yarandığı bir zamanda bunlar nəyə əsasən mitinq keçirir? Əgər Azərbaycandan “İŞİD” bayrağı altında digər ölkələrə üz tutanlar varsa, ölkəmizi müxtəlif formalarda qarışdırmağa cəhd edənlər zərərsizləşdirilirsə, bu məqamda belə bir ad altında mitinq keçirmək absurd səslənir. Ya istəyərəkdən, ya da istəməyərəkdən sözügedən mitinqdə “İŞİD”bayrağının qaldırılması isə imicimizə mənfi təsir göstərdi. Mitinq təşkil edən şəxs, hər bir şeyə cavabdeh olmalıdır. Dünyanın lənətlədiyi bir qruplaşmanın bayraq adlandırdığı vəsaitin bizim torpaqda qaldırılmasını hər kəs gördü və burada onların tərəfdarları olduğunu düşündü. Keçirilən bu kimi mitinqləri qınayıram”. İntizarə Məmmədova Geri dön |