Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Emoməli Rəhmon: Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll edilməlidir
Emoməli Rəhmon: Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll edilməlidir |
“Bu gün biz Azərbaycan Respublikasının Prezidenti, hörmətli İlham Heydər oğlu Əliyevin ölkəmizə rəsmi səfəri çərçivəsində onunla məzmunlu və konstruktiv görüş keçirdik. Biz görüşdə ikitərəfli, regional və beynəlxalq xarakterli bir çox məsələləri müzakirə etdik. Mən qarşılıqlı əlaqələrimizin indiki vəziyyətindən məmnun olduğumuzu bildirdim”. Oktyabrın 16-da sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında deyib.
Onun sözlərinə görə, Tacikistan Azərbaycan Respublikası ilə əməkdaşlıq məsələlərinə böyük diqqət yetirir: “Biz ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif aspektlərinə toxunduq, qarşılıqlı faydalı əməkdaşlığı tənzimləyə və inkişaf etdirə biləcəyimiz prioritet sahələri qeyd etdik. Biz bu kontekstdə Tacikistanda hidroenergetika və neft-qaz sahəsinə aid qurğular tikilməsində, mineral ehtiyatların mənimsənilməsində Azərbaycanın işgüzar dairələrinin investisiya fəaliyyətinin gücləndiriləcəyinə və iki dövlətin bank sistemləri arasında əməkdaşlığa ümid etdiyimizi bildiririk”. Prezident vurğuladı ki, ölkələrimiz arasında qarşılıqlı ticarətin inkişafına əngəl törədən amillərdən biri nəqliyyat-kommunikasiya imkanlarının məhdud olmasıdır: “Ölkələrimizin coğrafi mövqeləri nəzərə alınmaqla təbii ki, bu cür ticarət zəruri infrastruktur yaradılmasını tələb edir. Bu baxımdan biz Hökumətlərarası Komissiyanın daimi Katibliyi Bakıda yerləşən TRASEKA layihəsi çərçivəsində Böyük İpək Yolunun bərpa olunmasında maraqlıyıq. Biz həm də Tacikistan ilə Azərbaycan arasında birbaşa aviareys açılmasında maraqlıyıq. İkitərəfli mədəni və humanitar əlaqələrimizi yüksək qiymətləndirərək bu sahələrdə qarşılıqlı fəaliyyəti genişləndirmək barədə razılığa gəldik. Əcdadlarımızın böyük mədəni irsini daha geniş təbliğ etməyə yönəlmiş yeni təkliflər səsləndi. Məsələn, mən gələn il hər iki ölkədə Azərbaycan xalqının böyük oğlu Nizami Gəncəvinin əsərlərinə həsr edilmiş bir sıra tədbirlərin keçirilməsini təklif etdim. Biz, həmçinin regional və beynəlxalq xarakterli məsələləri, o cümlədən Əfqanıstanda vəziyyəti müzakirə etdik”. Tacikistan Prezidenti daha sonra dedi: “Dağlıq Qarabağ münaqişəsi bizim müzakirələrin gedişində mühüm mövzulardan biri oldu. Mən bu problemlə əlaqədar bizim nöqteyi-nəzərimizi ifadə edərək bildirdim ki, Tacikistan müharibənin bütün dəhşətlərini görmüş bir ölkə kimi, münaqişənin dinc yolla, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll edilməsindən ibarət prinsipial mövqeyin tərəfdarıdır. Eyni zamanda, biz çoxtərəfli formatda gələcək əməkdaşlıq məsələlərinə də diqqət yetirdik. Qeyd etdik ki, beynəlxalq və regional xarakterli bir çox məsələlər üzrə ölkələrimizin mövqeləri üst-üstə düşür və ya yaxındır. Tacikistanın və Azərbaycanın həmin məsələlərə konseptual yanaşmaları BMT, ATƏT, MDB, İƏT və EKO çərçivəsində Tacikistan–Azərbaycan münasibətlərinin dinamik və ardıcıl inkişafına şərait yaradır. Görüşün yekunları ilə əlaqədar bəyan etmək istəyirəm ki, biz Tacikistan Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin gələcəyinə nikbinliklə baxırıq, bu münasibətlərin daha da genişlənməsi və dərinləşməsi üçün əlimizdən gələni etmək əzmindəyik”. Geri dön |