Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyədə Ebola virusuna yoluxma halları ilə bağlı 45 xəstəxana ayrılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Türkiyədə Ebola virusuna yoluxma halları ilə bağlı 45 xəstəxana ayrılıb

Türkiyədə Ebola virusuna yoluxma halları ilə bağlı 45 xəstəxana ayrılıb


Türkiyənin 36 vilayətində ölkədə baş verə biləcək Ebola virusuna yoluxma halları ilə bağlı 45 xüsusi xəstəxana ayrılıb. Bu barədə “Milliyyət” qəzeti ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Xüsusi təyinatlı xəstəxanalar əsasən beynəlxalq aeroportların mövcud olduqları vilayətlərdə ayrılıb. Həmçinin Ankarada 3, İstanbulda 2 belə xəstəxana ayrılıb.
O da xəbər verilir ki, Türkiyədəki hava limanlarında Ebola virusunun aşkar olunduğu ölkələrin vətəndaşları yoxlanılacaq.
Məlum olduğu kimi, Ebola virusu Qərbi Afrikada - Liberiya, Syerra-Lion, Qvineya, Nigeriya, Konqo və Seneqalda sürətlə yayılır. Yoluxma halları artıq ABŞ, İspaniya, Norveç, Avstraliya və digər ölkələrdə qeydə alınıb. Son məlumatlara görə, Ebola virusuna 8914 nəfər yoluxub, onlardan 4447-si ölüb.

Geri dön