Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Azərbaycanda poliklinikalarda siqaretçəkmədən imtina üzrə xüsusi kabinetlərin yaradılması müzakirə edilir
Azərbaycanda poliklinikalarda siqaretçəkmədən imtina üzrə xüsusi kabinetlərin yaradılması müzakirə edilir |
Azərbaycanda poliklinikalarda tütünçəkmədən imtina üzrə xüsusi kabinetlərin yaradılması məsələsi müzakirə edilir.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, beynəlxalq təcrübəyə uyğun olaraq, dünya ölkələrində siqareti tərgitmək istəyənlər üçün xüsusi kabinetlər təşkil olunur. Bu kabinetin həkimi siqareti tərgitmək istəyən insanları həm müayinə edir, həm də onlara məsləhətlər verir, yardımlar göstərir. Hazırda Azərbaycanda da bu kabinetlərin yaradılması məsələsi müzakirə edilir: “Kabinetlərin yaradılması hazırda daxili müzakirələr səviyyəsindədir. Bununla bağlı hələ qərar, əmr verilməyib. Ancaq bu kabinetlərin yaradılması bu məsələnin həllində xüsusi effekt verə bilər”. Nazirlikdən bildirilib ki, Azərbaycanda tütündən imtinanın bütün prosedurunun öz əksini tapdığı siqareti tərgitmək üzrə klinik protokol hazırlanaraq tətbiq edilir. Həmin kabinetlərin həkimləri də bu protokaldan faydalana bilərlər. Hazırkı təlimatlara uyğun olaraq isə poliklinikaların sahə həkimləri insanları siqaret çəkməyin fəsadları, siqaretdən imtina yolları barədə məlumatlandırmalıdırlar. Hazırda Azərbaycanda tütünçəkmə əsasən kişilər arasında böyük problem hesab edilir. Ölkədəki kişilərin təxminən 50 faizi gündəlik olaraq siqaret və digər tütün məmulatlarından istifadə edir. Bu qrupa daxil olan kişilərin 40 faizi gün ərzində ən azı 1-2 qutu siqaret çəkir. Geri dön |