Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Milli Məclis Tikinti və Şəhərsalma Məcəlləsini ilk oxunuşda qəbul edib
Milli Məclis Tikinti və Şəhərsalma Məcəlləsini ilk oxunuşda qəbul edib |
Milli Məclisin bu gün keçirilən iclasında Tikinti və Şəhərsalma Məcəlləsi ilk oxunuşda müzakirə olunub.
Layihə barədə deputatlara parlamentin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli məlumat verib. O bildirib ki, bu Məcəllə Azərbaycan prezidentinin həyata keçirdiyi hüquq islahatlarının tərkib hissəsidir. Məcəllə şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlət orqanlarının, fiziki və ya hüquqi şəxslərin bu sahədə hüquq və vəzifələrini müəyyənləşdirəcək. Layihədə şəhərsalma və tikinti fəaliyyətinin hüququ əsasları, prinsipləri, dövlət orqanları, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələri müəyyən edilib. Layihənin hazırlanması prosesinə müvafiq qurumların, həmçinin Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin mütəxəssisləri cəlb olunublar, bu sahədə dünya təcrübəsi öyrənilib. Layihənin birinci bölməsində şəhərsalma və tikinti qanunvericiliyinin təyinatı, bu sahədə dövlətin, bələdiyyələrin səlahiyyətləri, hüquqi, normativ və texniki sənədlər, informasiya təminatı sistemləri və digər məsələlər əksini tapıb. Məcəllənin ikinci bölməsi şəhərsalma, üçüncü bölməsi isə tikinti fəaliyyətini əhatə edir. Ümumilikdə 99 maddədən ibarət olan layihədə ərazi planlaşdırılması, tikinti fəaliyyətinin subyektləri, tikintiyə dair ümumi tələblər, mühəndis-axtarış işləri, tikinti obyektlərinin təhlükəsiz istismarı ilə bağlı tələblər, tikintidə təhlükəsizlik, tikintiyə icazənin verilməsi üçün icraat, tikintiyə icazənin qüvvədə olma müddəti, texniki şərtlər, layihələrin ekspertizası, tikinti obyektinin istismarına icazə verilməsi, tikintilərin dövlət reyestri və s. məsələlər də var. Deputat Vahid Əhmədov bildirib ki, Məcəllədə çox ciddi çatışmazlıqlar mövcuddur: “Belə ki, tikintinin qiymətləndirilməsi və yol tikintisi məsələsi öz əksini tapmayıb. Baxmayaraq ki, yol tikintinin sahəsinin tərkib hissəsi olsa da, burada bu məsələ nəzərə alınmayıb. Çünki yol tikintisi bu gün Azərbaycanda böyük problemə çevrilib. Belə ki, tikilən yollar qısa zaman çərçivəsində dağılır. Bunun səbəbi isə keyfiyyətsiz yol tikintisi ilə bağlıdır”. Bakı-Quba yolunun dağılmasına toxunan Vahid Əhmədov bildirib ki, Azərbaycanın şimal hissəsinə çəkilən beton yolların 30 il istismar müddəti müəyyənləşsə də, bir neçə il keçməmiş bu yollar dağılmağa başlayıb. Deputat Tahir Rzayev isə bildirib ki, qanunsuz tikililərin qarşısının alınması üçün bələdiyyələrə heç bir səlahiyyət verilmir və bələdiyyələr ancaq müşahidəçi qismində göstərilir. Deputat Zahid Oruc isə binaların keyfiyyətsiz tikilməsindən və yeni tikililərin istismar müddətinin az olmasından narahatçılığını ifadə edib. Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib ki, layihə ikinci və üçüncü oxunuşda ictimai müzakirəyə çıxarılacaq. Müzakirələrdən sonra Tikinti və Şəhərsalma Məcəlləsi ilk oxunuşda qəbul olunub. Geri dön |