Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Gürcüstanın yeni Milli Təhlükəsizlik Konsepsiyasında Azərbaycan və Türkiyə ölkənin strateji müttəfiqi elan olunub
Gürcüstanın yeni Milli Təhlükəsizlik Konsepsiyasında Azərbaycan və Türkiyə ölkənin strateji müttəfiqi elan olunub |
Bu gün Gürcüstan parlamentində bu ölkənin yeni Milli Təhlükəsizlik Konsepsiyasının layihəsi yekun müzakirəyə təqdim edilib.
Yeni sənəddə 2008-ci il avqust hadisələrindən sonra regionda baş vermiş siyasi-hərbi dəyişikliklər nəzərə alınıb. Konsepsiyada Cənubi Osetiya və Abxaziya problemləri ilə yanaşı, Gürcüstan üçün təhdid yaradan digər risklər də qeyd olunub. Sənəddə bildirilir ki, Ermənistan və Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsi regiondakı əsas problemlərdəndir: “Bu dövlətlər arasında silahlı münaqişənin yenidən başlaması hər üç Cənubi Qafqaz ölkəsinin təhlükəsizliyini zəiflədəcək, bütün regionda Rusiyanın siyasi təsiri artacaq”. ”Gürcüstanın milli təhlükəsizlik siyasətinin əsas istiqamətləri” bölməsində Gürcüstanın Azərbaycanla strateji müttəfiq olduğu vurğulanıb, Ermənistanla əlaqələr isə "sıx əməkdaşlıq" kimi təsvir olunur: “Gürcüstanı Azərbaycan və Ermənistanla tarixən ənənəvi mehriban qonşuluq münasibətləri bağlayır. Bölgədə əməkdaşlığın dərinləşməsi, ümumi iqtisadi məkan və ümumi bazarın inkişafına, eləcə də regionun sabitliyi və rifahına öz əhəmiyyətli töhfəsini verəcək”. Sənəddə ABŞ-ın Gürcüstanın strateji tərəfdaşı olduğu deyilir: “Gürcüstan müdafiə imkanlarını əhəmiyyətli dərəcədə ABŞ-ın yardım proqramları vasitəsilə artıb. Gürcüstan bu sahədə əməkdaşlığın dərinləşməsində maraqlıdır”. Türkiyə də Tiflisin yaxın müttəfiqi elan edilib. Bu ölkə ilə iqtisadi sahədə olduğu kimi, hərbi-təhlükəsizlik sahəsində əlaqələrə önəm verildiyi qeyd olunub: “Türkiyə NATO-nun üzvü və regional liderlərdən biri kimi, həm də mühüm hərbi tərəfdaşıdır. Gürcüstan Türkiyə ilə təhlükəsizlik və müdafiə sahəsində əlaqələrin daha da inkişafına böyük əhəmiyyət verir”. Konsepsiyada Gürcüstanın avroatlantik məkana inteqrasiyası ölkənin əsas prioriteti olaraq göstərilib. Geri dön |