Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hərb > Milli Məclis “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun qəbul edib
Milli Məclis “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun qəbul edib |
Milli Məclisin bu gün keçirilən iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olunub.
9 fəsildən ibarət qanun layihəsi barədə Milli Məclisin birinci vitse-spikeri, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib. O qeyd edib ki, qanun Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 18-ci bəndinə uyğun olaraq Azərbaycan Silahlı Qüvvələrinə və qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsinin qaydalarını müəyyən edir: “Xüsusən də hərbi qeydiyyata düşən şəxslərin səhhətində problem olan zaman onların dövlət tibb müəssisələrində dövlət hesabına müalicə olunması məsələsi, çağırışçılar barəsində məlumat bankı yaradılması və sair təkliflər nəzərə alınıb”. Deputat Əli Məsimli yenidən magistrlərə möhlət hüququnun verilməsini, Sevinc Hüseynova isə orta məktəblərdə şagirdlərə hərbi hazırlığın keçirilməsi üçün məktəblərin hərbi maddi-texniki bazasının möhkəmləndirilməsini təklif edib. Millət vəkili Gülər Əhmədova da magistrlərə möhlət hüququnun verilməsini zəruri hesab edib. Parlamentin üzvü Qənirə Paşayeva isə bildirib ki, ən azı xaricdə təhsil alan tələbələrə möhlət hüququ verilməlidir. O, orta məktəblərdə hərbi hazırlıq səviyyəsinin artırılmasını təklif edib: “Bu gün orta məktəblərdəki hərbi hazırlıq simvolik hal alıb. Bu, məktəblərdə bu sahəyə aid ləvazimatının olmaması ilə bağlıdır”. Ziyafət Əsgərov bildirib ki, xaricdə təhsil alan tələbələrə möhlət hüququnun verilməsi məsələsini Təhsil Nazirliyi ilə konkret formada həll etmək olar və bu məsələdə problem yoxdur. BAXCP sədri, deputat Qüdrət Həsənquliyev bildirib ki, yüngül atıcı silahlar istisna olmaqla, qalan texnikalar, xüsusilə də mürəkkəb artilleriya qurğuları peşəkarlar tərəfindən istifadə olunmalıdır. O, həmçinin orduda hərbi xidmət müddətinin bir ilə endirilməsini təklif edib. Z. Əsgərov isə bu təkliflə razılaşmayıb: “Biz o ölkədə yaşayırıq ki, bizim bir milyon qaçqınımız var, 20 faiz də torpağımız işğal altındadır. Siz də deyirsiniz ki, hərbi xidmətin müddəti endirilməlidir”. Müzakirələrdən sonra layihə ikinci oxunuşda səsə qoyularaq qəbul olunub. Daha sonra “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib. Bununla da parlamentin iclası başa çatıb. Geri dön |